Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-255/2022 18.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən verilmiş ******* saylı, 22.11.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəki ŞRPŞ-nin ******* nömrəli, 22.11.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 100 manat məbləğində inzibati cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 01.10.2021-ci il tarixində icraatımıza daxil olmuş, həmin tarixdə Şəxs rəsmi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən cərimə məbləği ödənilməmişdir. Daha sonra yeri məlum olmadığından 19.11.2021 -ci il tarixində axtarılması haqqında qərar qəbul edilərək Şəki ŞRPŞ-yə göndərilmiş və nəticədə barəsində 02.12.2021-ci il tarixində 821368 nömrəli axtarış işi açılmışdır. 11.05.2022-ci il tarixində yeri müəyyən edilərək Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə gətirilmiş, həmin tarixdə izahat verərək cərimə, həmçinin axtarışda olması barədə məlumatlı olduğunu bildirmiş, lakin cəriməni ödəyə bilmədiyini göstərmişdir. Göstərilənlərə əsasən Şəxs inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən ödəməmiş və bununla da İXM-nin 529.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, Şəki Şəhər-Rayon Polis Şöbəsinin ******* saylı, 22.11.2020-ci il tarixli icra sənədinə əsasən 100 manat cərimə olunmuşdur. İcra sənətlərindən məlumatu vardır. Lakin maddi imkanı olmadığından icra sənədi üzrə cərimə məbləğini tam ödəyə bilməmişdir. Bir aydan çoxdur ki, axtarışda olduğundan da məlumatı olmuşdur. Belə ki, Şəki ŞRPŞ-nin əməkdaşların ona məxsus olan mobil telefona zəng edərək bu barədə məlumat vermişlər. Hal-hazırda heç bir yerdə işləmir. Cəriməni ödəmək üçün maddi imkanı yoxdur. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 200 (iki yüz) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə 200 saat ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-255/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-255/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver