Məhkəmə qərarları › İş №3(075)-256/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-256/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-256/2022 16.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1961-ci ildə Şəki rayonu, Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Göybulaq kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 09.05.2022-ci il tarixdə 3 baş iri buynuzlu heyvanını asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayına məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş 09.05.2022-ci il tarixli, İXP-4626814 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 09.05.2022ci il tarixdə Şəki rayonu ərazisində mal-qaranı asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxaraq, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 09 may 2022-ci il tarixdə ona məxsus olan bir baş iribuynuzlu inəyin saat 20:30 radələrində Şəki rayonu, Çələbixan qəsəbəsi ərazisində avtomobillə vurulması barədə məlumat almışdır. Təxminən 5 dəqiqə sonra qəza baş verən yerə gəlmişdir. Həmin ərazidə “VAZ 2121” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qabağı əzilmiş vəziyyətdə asfalt örtüklü magistral yolun üzərində, vurulan inəyin isə yolun kənarında olduğunu görmüşdür. Bildirmişdir ki, avtomobil tərəfindən vurulan inək özünə məxsusdur. Qəza zamanı inəyin qabaq qolu sınmışdır. Göstərmişdir ki, onların kəndində mal növbəsi olmur. Hər kəs öz malını səllim şəkildə dağa otlamağa buraxır. Axşam saatlarında da malları qarşılamırlar, malların özləri avtomobil yolundan keçərək qayıdıb gəlirlər. Buna görə də ona məxsus iri buynuzlu inəyi avtomobil vurmuşdur. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Belə ki, işdə olan zərərçəkmiş şəxs X1 09.05.2022-ci il tarixli izahatından görünür ki, 09 may 2022-ci il tarixdə idarə etdiyi özünə məxsus olan “VAZ 2121” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonu istiqamətindən Yevlax rayonu istiqamətində hərəkət edərkən Yevlax, Zaqatala Gürcüstan yolunun 47 km-də saat 20:35 radələrində yolun sol hissəsindən yolun sağ hissəsinə keçən üç baş sahibi yanında olmayan iri buynuzlu inəklər qəflətən qaçaraq idarə etdiyi minik avtomobilin qarşısına çıxamışlar və məsafə yaxın olduğundan mallardan birini vurmuşdur. Göstərmişdir ki, hadisə baş verən zaman tək olmuşdur. Heç bir xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Təxminən hadisədən 10-15 dəqiqə sonra malların sahibi hadisə yerinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs 09.05.2022-ci il tarixdə saat 20:35 radələrində, özünə məxsus olan iri buynuzlu malları asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxmışdır, nəticədə həmin iri buynuzlu heyvanlar X2 məxsus avtomobilə çırpılmış və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar