Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-259/2023 11.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X1 Şəki ŞRPŞ-nin 24 fevral 2023-cü il tarixli, MN-1331213 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin 24 fevral 2023-cü il tarixli, MN-1331213 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq X2 və Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o. "xxxx" MMC-nin Şəki rayonu Baş Göynük ünvanında yerləşən OBA Şəki 6 mağazasında administrator vəzifəsində çalışır. Vəzifəsi mağazaya gələn məhsulları qəbul etmək, satışa nəzarəti həyata keçirmək, hesabatları işləmək, işçilərə nəzarət etmək olan çatışmazlıqlar barəsində rəhbərliyə məlumat verməkdən ibarətdir. Mağazada mal qəbul edərkən qəbul olunan məhsullarının sayının çoxluğu ilə əlaqədar olaraq ilk öncə mağazanın qarşısına yığılaraq qaimələrlə uyğunluğu yoxlanılır. Artıq və yaxud əskik məhsulların olması araşdırılır. Yoxlanış başa çatdıqdan sonra qeyd edilən məhsullar hissə-hissə içəri satış sahəsinə və ya depoya yığılaraq satışı həyata keçirilir. Bildirmişdir ki, məhsullar satış sahəsinə yığılmadan satışı həyata keçirilməsi mümkünsüzdür. xx.xx.2023-cü il tarixində ərazinin sahə rəisi vəzifəsində çalışan Şəki rayon polis şöbəsinin polis zabiti X6 şirkətdən satış üçün nəzərdə tutulmuş məhsulları görərək küçə satışı kimi başa düşmüş və barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə istinad edərək MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki yuxarıda qeyd etdiyi kimi həmin məhsulların satışı yalnız satış sahəsinə, vitrinlərə yığıldıqdan sonra həyata keçirilir. Qeyd edilən protokol xx.xx.2023-cü il tarixində yazılmasına baxmayaraq xx.xx.2023-cü il tarixində Şəki şəhərinin Rəis müavini Vüqar Xəlilov tərəfindən məktubla göndərilmiş xx.xx.2023-cü il tarixində rəsmi şəkildə poçt tərəfindən ona təqdim edilmişdir. Odur ki, MN № ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 24 fevral 2023-cü il tarixdə Şəki rayonu Baş Göynük kəndində “OBA” Marketin qarşısında küçədə un məmulatları qoyub sataraq küçəsi ticarəti ilə məşğul olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğdə cərimə edilmişdir. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 454-cü maddəsinin tələblərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, şikayət vermiş şəxs X3 administrator olduğu "xxxx" MMC-nin Şəki rayonu Baş Göynük kəndində yerləşən OBA-Şəki 6 mağazasının qarşısında un məmulatları qoyub satması Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş 24 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilsə də X3 həmin ərazidə küçə ticarəti ilə məşğul olması hər hansı mötəbər sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, mağazadakı rəflərə yerləşdirilməsi üçün müvəqqəti olaraq mağazanın qarşısına qoyulmuş un məmulatları küçə ticarəti ilə məşğul olma kimi qiymətləndirilməməlidir. Bundan əlavə Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi inzibati xətanı aşkar etdiyi halda hal şahidlərinin iştirakı ilə qeyd olunan faktın olması ilə bağlı akt tərtib etməli, şahidlər dindirilərək izahatları alınaraq işə əlavə etməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələrini izah etməli, inzibati xəta haqqında protokolda və ya ayrıca barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı qeyd etməlidir. Lakin qeyd olunanlara inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən əməl edilməmişdir. Həmçinin Şəki ŞRPŞ tərəfindən X4 tərəfindən "xxxx" MMCnin Şəki rayonu Baş Göynük kəndində yerləşən OBA-Şəki 6 mağazasının qarşısına un məmulatları qoyub-qoymamasını əksə etdirən fotoşəkillər məhkəməyə təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 24 fevral 2023-cü il tarixli, MN-1331213 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şikayət təmin edilsin. X3 barəsində qəbul edilmiş 24 fevral 2023-cü il tarixli, MN-1331213 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-259/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-259/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver