Məhkəmə qərarları › İş №3(075)-264/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-264/2021

05.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-264/2021 05.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1959-cu il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Baş Göynük kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 16,881,000 (3376,2 yeni manat) manat əsas borcun, dövlətə ödənilmiş rüsumun 80,710 manat (16,14 yeni manat), ümumilikdə 3392,34 manat pulun tutularaq tələbkar Şəki “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 8(075)-351/2016 saylı, 25.11.2016-cı il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli qətnaməsi ilə tutulmalı olan 3392 manat 34 pul məbləğinin indeksasiyası aparılmalı və həmin məbləğ 8589 manat 40 qəpik müəyyən edilməlidir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 20 manat ekspertiza xərci borcludan alınaraq AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)- 95/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 3932,89 manat borc və 30 manat rüsum pulu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 16,881,000 (3376,2 yeni manat) manat əsas borcun, dövlətə ödənilmiş rüsumun 80,710 manat (16,14 yeni manat), ümumilikdə 3392,34 manat pulun tutularaq tələbkar Şəki “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 8(075)-351/2016 saylı, 25.11.2016-cı il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli qətnaməsi ilə tutulmalı olan 3392 manat 34 pul məbləğinin indeksasiyası aparılmış və həmin məbləğ 8589 manat 40 qəpik müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 20 manat ekspertiza xərci borcludan alınaraq AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-95/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 3932,89 manat borc və 30 manat rüsum pulu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq 21.08.2015-ci il və 17.06.2020-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri 17.06.2020-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədlərinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun qeydiyyatda olduğu Şəki rayonu, Baş Göynük kəndində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli icra sənədi üzrə tələbkar Şəki “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi və Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-95/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədi üzrə tələbkarın nümayəndəsi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. İcra sənədi üzrə borclu icra məmurunun qanuni tələblərini qanuni olaraq əməl etməkdən boyun qaçırdığına görə Şəki Rayon Məhkəməsinin 29.03.2016-cı il tarixli, 3(075)-180/2016 saylı qərarı ilə AR-sı İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Borclu çağırış üzrə gəlmədiyi üçün onun barəsində 13.04.2021-ci il tarixdə məcburi gətirilmə barədə qərar təqdimat tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs 29.03.2016-cı il, 15.09.2016-cı il, 14.12.2017-ci il və 05.05.2021-ci il tarixlərdə icra və probasiya şöbəsində izahatı alınmış, həmçinin rəsmi qaydada xəbərdarlıq edilərək icra sənədləri üzrə borcun tam şəkildə ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu bugünədək icra sənədləri üzrə borc məbləğindən heç bir ödəniş etmədiyini, borcunu hər ay hissə-hissə olmaqla ödəyə biləcəyini bildirmişdir. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Hal-hazırda borclu Şəxs Şəki Rayon Məhkəməsinin 2- 65 saylı, 07.05.2002-ci il tarixli icra sənədi üzrə cəmi 8589 manat 40 qəpik məbləğində, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-95/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədi üzrə cəmi 3962,89 manat məbləğində, iki icra sənədi üzrə ümumilikdə 12552,29 (on iki min beş yüz əlli iki manat iyirmi doqquz qəpik) manat borcu mövcuddur. Əlavə olaraq bildirdi ki, Ayaz Əziz oğlu oğlu 05 may 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 15:30-da məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli icra sənədinə əsasən ondan 16,881,000 (3376,2 yeni manat) manat əsas borcun, dövlətə ödənilmiş rüsumun 80,710 manat (16,14 yeni manat), ümumilikdə 3392,34 manat pulun tutularaq tələbkar Şəki “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 8(075)-351/2016 saylı, 25.11.2016-cı il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 2-65 saylı, 07.05.2002-ci il tarixli qətnaməsi ilə tutulmalı olan 3392 manat 34 pul məbləğinin indeksasiyası aparılmış və həmin məbləğ 8589 manat 40 qəpik müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 20 manat ekspertiza xərci ondan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-95/2020 saylı, 06.05.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 3932,89 manat borc və 30 manat rüsum pulu tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərindən xəbəri vardır. Lakin onun X4 adında bir qohumu pulu onun adına götürərək “xxxx” MMC-nə hə ay ödəniş edəcəyini bildirsə də, ödəniş etməmişdir. Digər tələbkar Şəki “xxxx” ASC-nə olan borcunu isə əkin işlərində problemlər olduğuna görə ödəyə bilməmişdir. Maddi imkanı çox pis vəziyyətdədir. İcra sənədləri üzrə borcunu yalnız hissə-hissə olmaqla ödəyə bilər. Əlavə olaraq bildirdi ki, 05 may 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 15:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 05 may 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 15:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 05 may 2021-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 05 may 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 05 may 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar