Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-264/2022 27.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, X1 iştirakı ilə X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən barəsində tərtib edilmiş 15 aprel 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, 15.04.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı dövlət nömrə nişanı **-HY-*** olan avtomobillə Bakı şəhəri M.Hadi küçəsində BNA-nin həmin küçədə quraşdırılan şəhərə nəzarət kamerasıyla İXM-nin 346.1-ci maddəsi ilə qeydə aldığı və Azərbaycan Respublikasının İXM-nin 122.1 124.5 və 124.6-cı maddələri kamera vasitəsilə dayanma durma qayda pozuntularını qeydə almmasının qadağan etdiyi üçün 15.04.2022-ci il tarixli qərarının məhkəmə qaydasında araşdırılaraq ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarından şikayət verilmiş Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 15.04.2022-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı dövlət nömrə nişanı **-HY-*** olan avtomobillə Bakı şəhəri M.Hadi küçəsində hərəkətdə olarkən özünü pis hiss etdiyi üçün bir neçə dəqiqə avtomobili yolun kənarına çəkərək saxlamışdır. O, M.Hadi küçəsindən hərəkətə başladıqda mobil telefon nömrəsinə sms vasitəsilə İXM-nin 346.1-ci maddəsi ilə BNA-nin həmin küçədə quraşdırılan şəhərə nəzarət kamerası ilə elektron protokol tərtib edilməsi haqqında bildiriş gəlmişdir. BNA-nın ona göndərdiyi şəkildən də göründiyi kimi idarə etdiyi avtomobili yolun kənarına çəkdikdən sonra idarə etdiyi avtomobili tərk etməmiş, avtomobilin daxilində oturmuşdur. Azərbaycan Respublikasının İXM-nin 122.1 124.5 və 124.6-cı maddələri kamera vasitəsilə dayanma durma qayda pozuntularını qeydə alınmasının qadağan etdiyi üçün, həmçinin ona BNA-dan göndərilən şəkildəndə göründüyü kimi idarə etdiyi avtomobili tərk etmədiyi üçün ona tərtib edilən BNA-2226953 protokolu qeyri-qanuni hesab edir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmədə verilən suala cavab olaraq bildirdi ki, avtomobili saxlayan zaman qəza işıqlarını qoşmamasının səbəbi özünü pis hiss etməsi olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İşdə olan Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş 15 aprel 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək, 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X3 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. X2 məhkəməyə təqdim etdiyi ərizəsində 15 aprel 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən və fotoşəkillərdən qeyd olunan tarixdə X3 idarə etdiyi dayanma və ya durma qaydalarını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi, o, cümlədən özünü pis his etdiyi üçün dayanma-durma qadağan olunan ərazidə saxladığını özünü müdafiə kimi qiymətləndirilir. Ümumiyyətlə, ərizəçinin avtomobildə və yaxud avtomobilin yaxınlığında olması təqdim olunan fotoşəkildən görünmür. Bununla bağlı ərizəçi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, aşkar olunması halından asılı olmayaraq hər bir halda inzibati xətanın törədilməsi halı mövcuddur və bu hal da mübahisələndirilmir. Odur ki, ərizədə göstərilənlər protokolun və onun əsasında qəbul edilmiş qərarın ləğvi üçün əsas deyildir. İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, ərizəçinin istinad etdiyi İXM-nin 122.1, 124.5 və 124.6-cı maddələri hazırki, protokolun tərtib olunmasını və qərarın qəbul edilməsini istisna etmir, əksinə foto və ya videoçəkiliş aparılmaqla İXM-nin 346.1-ci maddəsi ilə protokol tərtib olunmasını mümkün edir. X1 şikayət ərizəsində qeyd etdiyi barəsində qəbul edilmiş 15 aprel 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş 15 aprel 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 barəsində qəbul edilmiş 15 aprel 2022-ci il tarixli, BNA seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-264/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-264/2022
27.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver