Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-266/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X5 iştirakları ilə X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən barəsində qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X10 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, O, Şəki rayonu Baş Kəldək ümumi orta məktəbinin direktoru vəzifasində işləyir. Bir müddət əvvəl məktəbdə xadiməçi işləyən X16 va X6 məktəbdən şikayət etmişlər və buna görə da onun barəsində Azərbaycan Respublikası Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Şəki- Zaqatala regional Şöbəsi tərəfindan 18 mart 2024-cú il tarixli, MN ******* nömrali inzibati xata hagginda protokol tartib edilmiş va həmin protokola əsasən inzibati xəta haqqinda isə 28 mart 2024-cü il tarixdə baxilaraq barəsində 28 mart 2024-cu il tarixli, MN seriyalı ******* nömrali İnzibati tənbeh vermə haqqında qərar qabui edilmişdir. 28 mart 2024-cü il tarixli, MN seriyali ******* nömrəli inzıbati tanbeh vermə haqqında qərarla o, Azarbaycan Respublikası inzibat Xətalar Məcəllasinin 192.1-ci maddəsi ilə təqsirli bilərək 3500 manat məbləğındə ınzibati cərimə etmişdir. Hesab etmişdir ki, barəsində tərtib edilmiş İnzibati tanbeh vermə haqqında qərar qanunsuz və əsassızdır və o, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətani törətməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə asasən Azərbaycan Respublikasinin Əmak Macəllasində nəzərdə tutulmuş qaydada amak müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şaxsləri hər hansı işlarin (xidmətlərin) yerınə yetirilməsinə cəlb edilməsinə göre - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. X3 ve X8i ilə Şaki rayonu Baş Kəldək ümumi orta maktəbi arasında amək muqavilasi xx.xx.2020-ci il tarixdə bağlanmış və həmin tarixdən hər iki şəxs məktəbə xadiməçi kimi işə başlamışlar Halbu ki, barəsində tərtib edilmiş 18 mart 2024-cu il tarixli MN ******* nömrali inzibati xəta haqqında protokolda və 28 mart 2024-cü il tarixli MN seriyali No ******* nömrali inzibati tanbeh verma haqqinda qərarda qeyd edilmişdir kı, X16 və X9i ilə əmək müqaviləsinın bağlanması ilə bağlı məlumatlar, yəni əmək müqaviesi xx.xx.2022-ci il tarixdən AMAS-da bağlanmis, lakin asas olan yazılı formada əmək muqaviləsi işçilərə xx.xx.2024-cü il tarixdə imzaladilmişdir. Halbu ki, ərizəyə əlavə etdiyi xx.xx.2020-ci il tarixli əmək müqavilələrinə asasən X16 ve X1 rayonu Baş Kəldək ümumi orta məktəbdə işə başlamışlar və hal-haziradək məktəbdə işləyirlər. Göründüyü kimi X16 və X19 qizi xx.xx.2020-ci il tarixli əmək mügavilələri əsasənda işləmələrinə baxmayaraq Azərbaycan Respublikasi Əmak va Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda X15 Xidməti Şəki-Zaqatala regional Şöbəsi tərəfindən inzibati xəta haqqinda protokol va inzibati xataya dair qərarda guya X16 və X2 əmək müqaviləsi bağlanmadan işləməsini qeyd etmişlər. Odur ki, 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında izahat verən şikayətçi X10 ərizəni müdafiə izahatında göstərdi ki, X16 ve X7 ilə 2020-ci ildə əmək müqaviləsi bağlanmışdır. 2022-ci il tarixdə onların əmək müqaviləsi yenilənmişdir. Lakin 2022-ci il tarixdə əmək müqaviləsi olan müqavilə 2024-cü ilin fevral ayının 7-də şikayətşilər tərəfindən imzalanmışdır. Əmək müqqaviləsi yazılı olmasa da, onların adı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alt sisteminə yerləşdirilməklə əmək haqlarını almışlar. Şikayətçilər tərəfindən 2020-ci il tarixdə əmək müqaviləsi bağlandığından barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokol və qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin nümayəndəsi X11 bildirmişdir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilən şəxs X10 əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etmişdir. Belə ki, şikayətçilər X16 ve X7 ilə 2020-ci ildə olan əmək müqaviləsi Şəki Təhsil Şöbəsi tərəfindəb bağlanmışdır. Lakin 02.12 2022-ci il tarixdə Təhsil Nazirliyinin əsasnaməsində dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən işəgötürən məktəb direktorları olduğundan işçilər ilə yenidən müqavilə bağlanmalı idi. İş materiallarında olan Ayşən Cavadova və Aybəniz Məsimova ilə bağlanmalı ola 2022-ci il tarixli əmək müqaviləsi qərardan şikayətçi Taleh Novruzovunda bildirdiyi kimi sənədlərdə 2022-ci ilin dekabr ayı göstərilsə də əslində 2024-cü il fevral ayının 7-də imzalanmışdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən zəruriliyi nəzərə alınaraq 25 may 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, həmçinin həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlər X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsidən tələb olunaraq araşdırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 18 mart 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olunuşdur. X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 28 mart 2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə edilmişdir. X7 tərəfindən X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə ünvanladığı ərizədən görünür ki, Aybəniz Məsimova əmək haqqının ölkə üzrə minimum əmək haqqından aşağı ödənildiyini, bu səbədən də ona əmək haqqının tam olaraq ödəniləsində köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci mаddəsinə əsasən inzibаti xətа hаqqındа iş üzrə qərаrdаn verilən şikаyət və yа prоtest bаxıldıqdа, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərаr qəbul edilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 44-cü maddəsinin 1-ci hisəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. 49-cu maddəsinin 1-2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətçi X10 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətin ərizəsinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. X5 məhkəmə iclasında verdiyi izahatından və iş materiallarında olan sənədlərdən müəyyən edildi ki, X16 və X1 rayonu Baş Kəldək ümumi orta məktəbində xadimə işləmələrinə baxmayaraq onlarla əmək müqaviləsi 2022-ci ilin dekabr ayında yazılı olaraq bağlanmalı olduğu halda 2024-cü ilin 7 fevral tarixində bağlanmışdır. Bununla da, sonuncular əmək müqaviləsi bağlanmadan iki ilə yaxın işlərin görülməsiə cəlb edilmişlər. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X5 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Bundan başqa məhkəmə qeyd edir ki, X10 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini də əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissəsi də təmin edilməməlidir. Beləliklə məhkəmə, şikayətçi X5 şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsi tərəfindən qəbul edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* nömrəli protokol və 28 mart 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-266/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-266/2024
25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver