Məhkəmə qərarları › İş №3(075)-267/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-267/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-267/2024 02.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Vidadi Əhməd oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, X4 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxx 1991-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 02 aprel 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, borclu Şəxs Şəki Rayon Məhkəməsinin 2(075)-1827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 133.25 manat borc və 30.4 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına, Şəki Rayon Məhkəməsinin 2(075)-1098/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 10154.74 manat borc və 120.46 manat borc tutularaq "xxxx" ASC-nin hesabına, Şəki Rayon Məhkəməsinin 2(075)-1174/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 749 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına, Şəki regional "Asan Xidmət" mərkəzində notariat ofisinin 15817 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 130 manat borc tutularaq "xxxx" MMC-nin hesabına, Şəki Rayon Məhkəməsinin 2(075)- 1772/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 967 manat borc 30.4 manat dövlət rüsumu tutularaq tələbkar X3 və Şəki Rayon Məhkəməsinin 2(075)- 2061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə isə 1788.6 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1827/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1098/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1174/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixdə, Şəki regional "Asan Xidmət" mərkəzində notariat ofisi tərəfindən verilmiş 15817 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1772/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023cü il tarixdə və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2061/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi isə xx.xx.2021-ci il tarixdə şöbənin icraatına daxil olmuşdur. Qeyd olunan tarixlədə icraata başlanılmış və icra sənədlərinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərizdə borclu tərəfindən borcun ödənilməsini təmin etməmiş və Şəki rayonu üzrə İcra və Provasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. lcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Borclu Şəxs xx.xx.2024-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Provasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında imkanı olmadığına görə hər hansı ödəniş etməmiş edə bilmədiyini bildirmişdir. Həmçinin o, 6 icra sənədi üzrə cəmi 150 manat ödəniş edə biləcəyini bildirmişdir. Bununlada keçən müddət ərzində icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Hazırda borclunun 6 icra sənədi üzrə borcu 13922,59 manat təşkil edir. Göstərilənlərə əsasən borclu Şəxs oğlu Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu ödəməyə imkanı yoxdur. Hal-hazırda bütün icra sənədləri üzrə 300 manat ödəniş edə bilir. Tez bir zamanda bütün borcunu ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. X4 Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-2061/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 16 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən Samsung soyuducu üçün 1626.60 manat əsas borc, 162 manat cərimə borcu olmaqla, cəmi 1788.60 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1174/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 749 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1827/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 103.18 manat əsas, 27 manat faiz, 1.08 manat cərimə borcu və 1.99 manat komisyon haqqı olmaqla, cəmi 133.25 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq “Unibank KB" ASC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1098/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 9026,77 (doqquz min iyirmi altı manat yetmiş yeddi qəpik) manat əsas və 1127,97 (bir min yüz iyirmi yeddi manat doxsan yeddi qəpik) manat faiz borcu borcu olmaqla, cəmi 10154,74 (on min yüz əlli dörd manat yetmiş dörd qəpik) manat borc və 120,46 (yüz iyirmi manat qırx altı qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1772/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 822 manat əsas, 145 manat faiz borcu olmaqla, cəmi 967 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq X3 ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki regional "Asan Xidmət" mərkəzində notariat ofisinin 8İ-15817 saylı, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə 130 manat borc tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 30 noyabr 2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-2061/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 15 avqust 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1174/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 02 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1827/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 01 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1098/2023 nömrəli, 01 iyun 2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 31 avqust 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki regional "Asan Xidmət" mərkəzində notariat ofisinin 8İ- 15817 saylı, xx.xx.2023-cü il tarixli icra qeydini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 07 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1772/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 aprel 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 02 aprel 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 02 aprel 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 02 aprel 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-267/2024 02 aprel 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-267/2024 nömrəli, 02 aprel 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-03 vərəqə, 05 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar