Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-268/2024 03.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 327.1, 329.3, 332.1 və 334.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 aprel 2024-cü il tarixdə, saat 01:05 radələrində Şəki şəhəri, H.Əliyev prospektində xırda xuliqanlıq hərəkətləri etmiş, polisin qanuni tələbinə tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda Şəki rayonu YPX inpektoru, polis baş serjantı X1 tərəfindən tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən İXM-nin 327.1, 329.3, 332.1 və 334.1-ci maddələrinin tələbləri pozulmuşdur. Şəxs barəsində tərtib edilmiş 01 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və 01 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə bir icraatda daxil olmuş, məhkəmə hər iki protokola eyni zamanda baxılmasını mümkün hesab etmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 327.1, 329.3, 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X9 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə, inzibati materialın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3 və 332.1-ci maddələrinə aid hissəsinə münasibətdə qeyd edir ki, həmin maddə ilə qərar qəbul etmək İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində qeyd edildiyi kimi rayon (şəhər) məhkəmələrinə aid deyil. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3 və 332.1-ci maddələrinin tələbləri pozulmuşdursa, o zaman səlahiyyətli orqan qərar qəbul edərək pozuntu törədən şəxsi inzibati məsuliyyətə cəlb etmək səlahiyyətinə malikdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX inpektoru, polis baş serjantı X1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantları Samir Hacıeyvazov və Cavad Həsənli 01 aprel 2024-cü il tarixdə təxminən saat 01:05 radələrində xidmətdə olduqları zaman Şəki şəhəri, 20 yanvar küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olduqları zaman «Toyota-Prado» markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətdə hərəkət etdiyini və digər yol hərəkət iştirakçılarına qəza şəraiti yaratdığını görüb, səs siqnallarından və sayrışan işıqlardan istifadə edərək xəbərdarlıq etmişlər və yolun hərəkət hissəsinin sağ tərəfinə çıxmışlar. Həmin avtomobil əl əyləcindən istifadə edərək avtomobili yerində ziq-zaq hərəkətləri ilə geri firlatmış və H.Əliyev prospekti ilə hərəkət etməyə başladı. Avtomobili müşayət etdikləri zaman “Yenilik” ticarət mərkəzinin qarşısında təkrar olaraq əl əyləcindən istifadə edərək avtomobili yerində ziq-zaq hərəkətləri ilə geri firladıb avtoxuliqanlıq hərəkətləri etmişdir. Sonra polis əməkdaşları həmin avtomobil H.Əliyev prospektində yerləşən “Beynəlxalq” Bankın qarşısında əks istiqamətdə hərəkət edib yolun sol tərəfində su arxına düşmüş vəziyyətdə olduğunu görüb ona yaxınlaşmışlar. Bu zaman sürücüdən kəskin spirtli içki iyisi gəlmişdir. Polis əməkdaşları həmin şəxsə özlərini təqdim edərkən sürücü onlarla kobud davranaraq “siz Kimsiniz” deyə tabesizlik etdiyi üçün polis əməkdaşları həmin şəxsi nizam-intizama dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Buna baxmayaraq kömək vasitəsilə sürücünü Şəki ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin sürücü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs olması müəyyən olunmuşdur. Törətdiyi əməllərə görə Şəxs barəsində İXM-nin 510, 535.1, 327.1, 329.3, 332.1 və 334.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Bildirmişdir ki, Şəxs polis şöbəsində izahat verən zaman törətmiş olduğu əməldən səmimi peşmançılığını bildirmiş, bir daha bu cür əməllərə yol verməyəcəyini qeyd etmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül tənbeh tətbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 01 aprel 2024-cü il tarixdə, saat 01:05 radələrində idarə etdiyi “X11 Prado” markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə Şəki şəhəri ərazisində hərəkətdə olduğu zaman avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün yolun əks istiqamətinə çıxmışdır. Bildirmişdir ki, o, həmin gün spirtli içki olan viski qəbul etmişdir. Bundan sonra polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları ona yardım edərək Şəki ŞRPŞ-nə aparmışlar. O, polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmiş, tabesizlik göstərməmişdir. Sakit şəkildə polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Ailəlidir, himayəsində 3 yetkinlik yaşına çatmayan övladı vardır. Barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXMnin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamandan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində İXM-nin 334.1-ci maddəsi ilə daha yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Şəki ŞRPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində xidmət edir. Bildirmişdir ki, 01 aprel 2024-cü il tarixdə təxminən saat 01:05 radələrində xidmətdə olarkən Şəki şəhəri, 20 yanvar küçəsi ilə H.Əliyev prospekti istiqamətində hərəkətdə olduqları zaman “Toyota-Prado” markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin əks istiqamətdə hərəkət eldiyini və digər yol hərəkət iştirakçılarına qəza şəraiti yaratdığını görüb, səs siqnallarından və sayrışan işıqlardan istifadə edərək xəbərdarlıq etmiş və yolun hərəkət hissəsinin sağ tərəfinə çıxmışlar. Həmin avtomobil əl əyləcindən istifadə edərək avtomobili yerində ziq-zaq hərəkətləri ilə geri firlatmış və H.Əliyev prospekti ilə hərəkət etməyə başlamışdır. Avtomobili müşayət etdikləri zaman “Yenilik” ticarət mərkəzinin qarşısında təkrar olaraq əl əyləcindən istifadə edərək avtomobili yerində ziq-zaq hərəkətləri ilə geri firladıb avtoxuliqanlıq hərəkətləri etmişdir. Sonra həmin avtomobil H.Əliyev prospektində yerləşən "Beynəlxalq" Bankın qarşısmda əks istiqamətdə hərəkət edib yolun sol tərəfində su arxına düşmüş vəziyyətdə olduğunu görüb ona yaxınlaşmışlar. Sürücüdən kəskin spirtli içki iyisi gəlmişdir. Həmin şəxs onlara heç bir nalayiq ifadə işlətməmişdir. Sadəcə olaraq onlar özlərini təqdim edərkən sürücü onlarla kobud davranaraq “siz kimsiniz” deyə tabesizlik göstərdi. Avtomobil su arxına düşdüyü üçün onlar həmin sürücünü avtomobildə dartaraq çıxarmışdılar. Təxminən 5 dəqiqədən sonra YPX əməkdaşları hadisə yerinə gəlmişdilər. Onlar kömək vasitəsilə sürücünü Şəki ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində həmin sürücü ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ramazanov Yusifi-Rəhman Nurəli oğlu ifadəsində göstərmişdir ki, o, 01 aprel 2024-cü il tarixdə, gecə saatlarında kafedən çıxıb, yaşadığı evə gedərkən Şəki şəhəri, H.Əliyev küçəsində “Beynəlxalq” Bankın qarşısında “Toyota-Prado” markalı avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüşdür. Həmin avtomobil ziq-zaq hərəkətlər edərək yolda digər iştirakçılara təhlükə yaratmışdır. Daha sonra həmin avtomobil bankın qarşısında su arxına düşmüşdür. Bu zaman polis əməkdaşları həmin yerə yaxınlaşmışdır. Həmin avtomobilin sürücüsü avtomobildən düşərək polis əməkdaşlarına qarşı kobudluq edərək ucadan səs-küy salmağa başlamışdır. Polis əməkdaşları həmin sürücünü nizam-iltizama dəvət etsələr də, o, aqresiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Bildirmişdir ki, həmin şəxs kobud şəkildə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə dabe olmamışdır. İş materiallarında olan 01 aprel 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair protokoldan görünür ki, Şəxs yoxlanılan zaman sərxoş olması müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ifadələrini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, şahidin ifadəsini, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta törətmiş şəxs səs-küy salmadığını və polis əməkdaşına tabesizlik etmədiyin göstərmiş, eyni zamanda sərxoş olduğundan həmin anda baş verən hadisələri unutduğu qeyd etmişdir. Bundan başqa məhkəmə iclasın şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində xidmət edən X7 ifadəsində inzibati xəta törətmiş şəxsin kobudluq etdiyini bildirmiş, lakin nalayiq ifadələr işlətmədiyini, polis əməkdaşlarına müdaxilə etmədiyini bildirmişdir. Ancaq məhkəmə iclasında şahid qismində dindirilmiş Ramazanov Yusifi-Rəhman Nurəli oğlu ifadəsində inzibati xəta törətmiş şəxsin polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətdiyini tabesizlik göstərdiyini bildirmişdir. Göründüyü kimi şahidlər məhkəmə iclasında ziddiyətli ifadələr vermişdir. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib edən orqan inzibati xəta törədən şəxsin əməllərində əgər belə hal müvcuddursa bu halları əks etdirən video-görüntünün məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinin tərkibi vardır. Belə ki, Şəxs 01 aprel 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobili sərxoş vəziyyətdə idarə etməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə olunmuş 01 aprel 2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair protokoldan görünür ki, Şəxs yoxlanılan zaman sərxoş olması müəyyən olunmuşdur. Bundan başqa məhkəmə iclasında Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə İXM-nin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətmiş olduğu əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə İXM-nin 32.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 3 yetkinlik yaşına çatmayan övladlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəki şəhər-rayon Polis Şöbəsindən göndərilən materiallarda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 327.1, 329.3, 332.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini, İXM-nin 510 və 535.1-ci maddələri ilə olan hissədə isə iş üzrə icraata xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib, İXM-nin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 500 manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-268/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-268/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver