Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-268/2025 29.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 iştirakı ilə, X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 13834092 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Şəki rayon Polis Şöbəsinin DYPB-nin 6 aprel 2023-eü il tarixli, onun İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri olması, tənbeh edilməsi barədə qərarın ləğv edilməsi, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi, ödənilmiş cərimə məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 06 aprel 2023-cü il tarixdə barəsində tərtib edilmiş EQ 13834092 nömrəli protokola əsasən o, eyni tarixdə Şəki şəhərində Salman Mümtaz küçəsində yol hərəkəti qaydasını pozmuş, bu səbəbdən həmin küçədə 23a ünvanda yerləşən GPS-nin (radarın) nəzarətinə düşmüşdür. Eyni gün bu protokol əsasında barəsində qəbul edilən inzibati xəta haqqında EQ 13834092 nömrəli elektron qərara əsasən o, “Mercedes Benz” markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomaşınla Şəki-Qax yolunun Qoxmuq kənd ərazisindən keçən hissəsində yolda müəyyən edilmiş hərəkət sürətini 16 km/saatda aşaraq İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə barəsində tərtib edilən protokolda ayrı inzibati xətadan, həmin protokol əsasında tərtib edilən qərarda ayrı inzibati xətadan söz gedir. O, bu barədə yuxarı səlahiyyətli orqana şikayət versə də, onlar 18 aprel 2023-cü il tarixli məktubla ona cavab verərək şikayətini təmin etmədiyini bildirdi. Bu məktub 3 may 2023-cü ildə çatdırıldı. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdr. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, xx.xx.2023-cü il tarixli, EQ 13834092 nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, EQ 13834092 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 İXM-nin 328.1-ci maddəsinə əsasən 10 manat məbləğdə inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X3 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X3 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. X2 idarə etdiyi avtomobilin şəhər ərazisində yerləşən GPS-nin (radarın) vasitəsilə şəkilinin çəkildiyini bildirmiş, lakin inzibati xəta haqqında xətanın Şəki rayonu Qoxmuq kəndi ərazisində törədildiyinin inzibati xəta haqqında protokolda göstərildiyini qeyd etmişdir. Eyni zamanda Qoxmuq kəndi ərazisində sürət həddinin 60 km/saat olduğunu, həmin yolu müvafiq sürət həddində getdiyini bildirmiş, inzibati xəta törətmədiyi göstərmişdir. İnzibati tənbeh vermə haqqında elektron qərar qəbul etmiş şəxs tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda şikayətçi şikayət ərizəsində ödənilmiş cərimə məbləğinin geri qaytarılmasını da xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta qanunvericiliyində ödənilmiş cərimənin geri qaytarılması nəzərdə tutulmadığından məhkəmə şikayət ərizəsini həmin hissədə əsaslı hesab etmir. Şikayətçi ödənilmiş cərimənin geri qaytarılması ilə bağlı müvafiq səlahiyyətli orqana müraciət edər bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ 13834092 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməli, şikayət qalan hissədə əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair xx.xx.2023-cü il tarixli, EQ 13834092 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət ərizəsi qalan hissədə əsaslı olmadığından təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-268/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-268/2025
29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver