Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-27/2021 01.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şikayətçi: X4, Şəki ŞRPŞ-nin DYPB ypx inspektoru X5 iştirakı ilə, X1 İXP-3673188 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş İXP- 3673188 saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, özünə aid olan “Ford Tranzit” markalı yük avtomobili ilə yük daşıma ilə məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu ərazisində DYP-nin inspektoru, polis serjantı X8 tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onun icazəsinin olub-olmadığını yoxlayan zaman portalda onun adı çıxmamış, lakin sonradan o özü portalda icazəsinin olduğunu polis əməkdaşına göstərmişdir. Buna baxmayaraq polis əməkdaşı onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək onu İXM-nin 211.1-ci maddəsi ilə cərimə etmişdir. Əlavə olaraq göstərmişdir ki, yük daşıma ilə əlaqədar karantin dövründə onun adı daima portalda mövcud olmuşdur. Vergi ödəyicisi olduğundan vergi orqanı onun adını avtomatik olaraq portalda yerləşdirmişdir. Hesab edir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ona yükdaşıma fəaliyyəti məşğul olmaq barədə icazə verildiyindən və xx.xx.2020-ci il tarixi müddət olaraq xx.xx.2020-ci il saat 00:00-dan hesab edildiyindən barəsində tərtib edilmiş İXP-3673188 saylı inzibati xəta haqqında protokol əsaslı hesab edilə bilməz. Şikayəti müdafiə etdiyini və şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ-nin DYPB ypx inspektoru X8 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə Şəki rayonu ərazisində “Ağ Qaya” postunda xidmətdə olarkən karantin rejimi qaydalarına əməl edib-etməməsini yoxlamaq üçün “Ford Tranzit” markalı yük avtomobili saxlamışdır. Yoxlama zamanı sürücünün yük daşıma üçün nəzərdə tutulmuş müvafiq icazəsinin olmadığı müəyyən edilmişdir. Lakin sürücü portalda icazəsinin olduğunu bildirmiş və sürücüyə icazəsini təqdim etməsi üçün vaxt verilməsinə baxmayaraq sürücü hər hansı inzibati orqan tərəfindən yük daşıma fəaliyyəti üçün nəzərdə tutulmuş müvafiq icazə verilməsi barədə sübutu ona təqdim edə bilməmişdir. Buna görə də o, X4 barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib etdikdən bir qədər sonra sürücü öz oğlu ilə birlikdə ona yaxınlaşmış və portalda icazəsinin olması barədə sənəd təqdim etmişdir. Lakin həmin sənətdə X4 yük daşıma fəaliyyəti ilə məşğul olması barədə icazənin xx.xx.2020-ci il tarixdə, saat 10:15-də portala yerləşdirilməsi məlum olmuşdur. Halbuki, o inzibati xəta haqqında protokolu xx.xx.2020-ci il tarixdə, saat 09:43-də tərtib etmişdir. Hesab edir ki, tərtib etdiyi inzibati xəta haqqında protokol əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. İşdə olan Şəki rayonu YPX polis serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP-3673188 nömrəli protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İQ-3673188 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə İXM-nin 211.1-ci maddəsisilə ilə təqsirli bilinərək 200 manat cərimə olunmuşdur. İş materialına əlavə edilmiş “mobil axtarış” portalından çıxarılmış arayışlardan görünür ki, yük daşıma online çatdırılma vəzifəsində işləyən X6 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə fəaliyyət göstərmək üçün icazə verilmişdir. Məhkəmə tərəflərin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göründüyü kimi X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə fəaliyyət göstərmək üçün davamlı icazəsi olmuşdur. X3 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola nəzər saldıqda aydın olur ki, həmin protokol xx.xx.2020-ci il tarixdə, saat 09:43də tərtib etmişdir. Şəki ŞRPŞ-nin DYPB ypx inspektoru X8 tərəfindən məhkəməyə təqdim edilmiş “mobil axtarış” portalından çıxarılmış arayışdan görünür X4 yük daşıma fəaliyyəti ilə məşğul olması barədə icazəsi xx.xx.2020-ci il tarixdə, saat 10:15-də portala yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta barədə protokol tərtib edilərkən R.Qafarovun icazəsinin portala yerləşdirilməməsinin səbəbi ona icazə verən inzibati qurumun təqsiri ucbatından portala gec əlavə edilmişdir. Məhkəmə X4 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ölkə ərazisi üzrə fəaliyyət göstərmək üçün davamlı icazəsinin olmasını nəzərə alaraq, yuxarıda şərh edilən və texniki xəta nəticəsində baş vermiş anlaşılmamazlığı onun xeyrinə şərh edilməsi daha ədalətli hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP-3673188 nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İQ-3673188 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. X4 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP-3673188 nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, İQ- 3673188 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-27/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-27/2021
01.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver