Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-272/2021 16.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə 10 avqust 1992-ci il tarixdə Ağdam rayonu Şişpapaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilmiş, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 16 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdam Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(013)- 100/2021 saylı icra sənədinə əsasən 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Əmircanlı (Behbudova) Lamiyə Şakir qızına ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 16 may 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ağdam Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(013)- 100/2021 saylı icra sənədinə əsasən 10 sentyabr 2020-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Əmircanlı (Behbudova) Lamiyə Şakir qızına ödənilməlidir. Yuxarıda qeyd edilən icra sənədi 11 mart 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin borclu bugünədək cəmi 420 manat aliment pulu ödəmiş və bununla kifayətlənmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Bundan başqa icra sənədinin icrası ilə əlaqədar borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə onun yaşadığı Şəki rayonu, Çələbixan qəsəbəsində yerləşən ünvanına baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun barəsində borclunun axtarılması barədə 22 aprel 2021-ci il tarixdə qərar qəbul edilərək icrası üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. 16 may 2021-ci il tarixdə Şəki ŞRPŞ-nin polis əməkdaşları tərəfindən borclunun şöbəyə gətirilməsi təmin edilmişdir. Həmin tarixdə borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində verdiyi izahatında halhazırkı tarixədək icra sənədi üzrə borc məbləğindən az miqdarda ödənişlər etdiyini, icra sənədi üzrə aliment borcunu tam şəkildə ödəniş edə bilməyəcəyini və qalan borc məbləğini hər ay hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Borclu bugünədək cəmi 420 manat tələbkarın xeyrinə aliment pulu ödəmişdir. Hazırda icra sənədi üzrə qalıq aliment borcu 1260 manat təşkil edir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirdi. Əlavə olaraq bildirdi ki, borclu Şəxs məhkəmə iclası başlananadək 260 manat ödəniş etmişdir. Hazırda qalıq borc 1000 manat təşkil edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X7 bildirdi ki, Ağdam Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(013)-100/2021 saylı icra sənədinə əsasən 10 sentyabr 2020-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar Əmircanlı (Behbudova) Lamiyə Şakir qızına ödənilməlidir. Borclu Şəxs tərəfindən bu günədək 420 manat, bu gün isə 260 manat olmaqla, cəmi 680 manat ödəniş həyata keçirilmişdir. Bundan başqa həqiqətən də borclu alimentdən əlavə uşaqlara köməklik göstərmiş, qızıl sırğa almışdır. Borclu tərəfindən aliment borcundan əlavə edilmiş ödənişlərin qalıq borcdan çıxılmasına etirazları yoxdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Ağdam Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2(013)-100/2021 saylı icra sənədinə əsasən 10 sentyabr 2020-ci il tarixdən başlayaraq 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar Əmircanlı (Behbudova) Lamiyə Şakir qızına ödənilməlidir. 20 iyun 2019-cu il tarixdə Rusiya Federasiyasına getmiş, 04 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Məhkəmə proseslərindən xəbəri olmamışdır. İcra şöbəsinin məktubunu aldıqdan sonra aylıq aliment borcunu ödəmiş, hüquqi savadı olmadığından alimentin borcunun əvvəlinin nə vaxtdan hesablanmasını bilməmişdir. Borcundan indiyədək 420 manat və bu gün 260 manat ödəmişdir. Bundan başqa tələbkara pul və hədiyyə şəklində, təxminən 1000 manata yaxın ödəniş etmişdir. Borcunu ödəməkdən yayınmır. İcra məmurunun bütün çağırışlarına gəlmişdir. Özü Bakı şəhərində işləyərək kirayədə qaldığından qeydiyyat ünvanı üzrə gələn digər məktublardan xəbəri olmamışdır. Hazırda qalan borcu tam şəkildə bağlamağa imkanı yoxdur. Lakin aylıq ödənişlərdən artıq miqdarda ödəyərək qalıq pulu qısa vaxt ərzində bağlayacaqdır. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 bildirdi ki, Şəxs hərəkətlərində qərəz yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati proses tərəflərinin izahatlarını dinləyərək, işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni o, barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs 04 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, icra məmurunun çağırışlarına gəlmiş, izahatı alınmışdır. Qətnamənin qanuni qüvvəsini almasından keçən 2 ay ərzində aylıq ödənişləri aparmış və bu gün də 260 manat tələbkarın xeyrinə ödəmişdir. Qalan borcu qısa müddətə bağlayacağına söz verir. Bundan başqa rəsmi olaraq ödənilməsə də Şəxs tələbkarın xeyrinə 1000 manata yaxın ödəniş etmişdir. Bunu həm tələbkar, həm də borclu təsdiq edir. Bu da Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsinin və icra sənədini üzürlü səbəbdən icra etməsinin bariz nümunəsidir. Göründüyü kimi Şəxs icra sənədini icra etməkdən yayınmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas yoxdur. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-272/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-272/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver