Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-272/2024 17.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin PB-nin polis sahə rəisi, polis kapitan X1 iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Şəki Cəyirli kəndində anadan olmuş, FİN: xxxxxxx, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki, Sarıca kadində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs hər hansı icazə sənədi olmadan yaşadığı evdə qanunsuz ov silahı saxlaması səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən Şəki ŞRPŞ-nin PB-nin polis sahə rəisi, polis kapitan X2 protokolu müdafiə edərək təmin edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/315 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəki ŞRPŞ-nın Sarıca polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayonu, Sarıca kənd sakini Şəxs aşkar edilmiş 1 ədəd 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, 95261 №-li xarici çaxmaqlı, tək lüləli - yivsiz odlu ov silahının DİN-nin X5 Baş İdarəsinə təhvil verilməsi üçün şöbənin aidiyyəti xidmət sahəsinə verilməsi, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin aidiyyəti xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən material üzrə izahatı alınmış Şəxs bildirmişdir ki, yaşadığı evdə bir ədəd sənədsiz tək lülə ov tüfəngi vardır. Həmin silah ona vəfat etmiş həyat yoldaşı Sərkərdən yadigar qalmışdır. Sərkər 2012-ci ildə rəhmətə getdikdən sonra bu vaxta kimi silah onda olmuşdur. Həmin ov tüfəngindən bu vaxta kimi hər hansı bir yerdə istifadə etməmiş, silahın patronu olmamışdır. Şəxs silah barəsində kənar hər hansı şəxsin məlumatı olmadığını, silahı evinin içərisində otqlardan birində saxladığını qeyd etmişdir. Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 17/190 nömrəli, 16 noyabr 2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunlugu 70 mm olan, “95261” №-li xarici çaxmaqlı, hamar tək lüləli - yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş “silahın atəşə yararlı olub-olmaması müəyyən edilsin” sualını cavablandırmaq mümkün olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 ədəd № 95261 nömrəli, 16 kalibrli, xarici çaxmaqlı, tək lüləli, yivsiz ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-272/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-272/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver