Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-273/2021 16.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki şəhəri, 21 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 533/2020 nömrəli, 19.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 29.11.2019-cu il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq 25.11.2008-ci il təvəllüdlü X7 və 29.11.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-533/2020 nömrəli, 19.05.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 29.11.2019-cu il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq 25.11.2008-ci il təvəllüdlü X7 və 29.11.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 xeyrinə ödənilməlidir. Hal-hazırki tarixə icra sənədi üzrə borclu Şəxs 2950 manat məbləğində aliment borcu yaranmışdır. Qeyd edilən icra sənədi 20.05.2020-ci il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında müvafiq bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin borclu Şəxs könüllü icra müddəti ərzində icra sənədi üzrə tələbi icra etməmişdir. İcra sənədi üzrə tələbi icra etməməklə yanaşı çağırış üzrə gəlməkdən qərəzli olaraq boyun qaçıran borclu Şəxs barəsində 27.07.2020-ci il tarixində borclunun axtarılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Borclu Şəxs barəsində Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən 28.08.2020-ci il tarixində 820535 saylı axtarış işi açılmışdır. Daha sonra icra sənədi üzrə aliment məbləğlərindən müəyyən qədər ödənişlər etsə də, icra sənədi üzrə tələbi tam olaraq icra etməyən borclu Şəxs 15.12.2020-ci il tarixində polis əməkdaşları tərəfindən aşkar edilərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. İcra sənədi üzrə tələbkar Aygül Məmmədova 15.12.2020-ci il tarixində Şöbəmizə teleqram ünvanlayaraq həmin tarixə borclunun ümumilikdə 2500 manat aliment ödənişi etdiyini, 1340 manat aliment borcunun mövcud olduğunu, borc məbləğinin ödənilməsi istiqamətində borclu ilə aralarında razılığa gəldiklərini bildirmiş, borclu barəsində görüləcək məcburi icra tədbirlərinin dayandırılmasını xahiş emişdir. İcra sənədi üzrə tələbkar Aygül Məmmədova 19.01.2021 -ci il tarixində yenidən Şöbəyə teleqram ünvanlayaraq borclu Şəxs aralarındakı razılığın şərtlərinə əməl etmədiyini, 15.12.2020-ci il trixindən sonra icra sənədi üzrə heç bir ödəniş etmədiyini bildirmiş, borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu Şəxs olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün 22.01.2021-ci il tarixində yenidən borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhərrayon Polis Şöbəsinə göndərilmişdir. Şəki şəhər-rayon Polis Şöbəsi tərəfindən borclu barəsində 27.01.2021-ci il tarixində 820728 saylı axtarış işi açılmışdır. 03.05.2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal- hazırki tarixə yaranmış 2950 manat məblğində aliment borcunu ödəyə bilməyəcəyini bildirmiş, çağırış üzrə gəlməməsi barədə isə heç bir üzürlü səbəb göstərə bilməmişdir. Əlavə olaraq bildirdi ki, Ayaz Əziz oğlu oğlu 16 may 2021-ci il tarixdən, saat 17:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 18:00-da məhkəməyə gətirilmişdir. Qanuni qərar verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-533/2020 nömrəli, 19.05.2020-ci il tarixli icra sənədinə əsasən ondan 29.11.2019-cu il tarixindən hesablanmaqla hər ay hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq 25.11.2008-ci il təvəllüdlü X7 və 29.11.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədindən xəbəri var. Borcunu qəbul edir. Lakin hazırda səhəti ilə bağlı problemləri var. Ona 2-3 gün vaxt verilərsə icra sənədi üzrə borcunu tamamilə ödəyə bilər. Əlavə olaraq bildirdi ki, 16 may 2021-ci il tarixdən, saat 17:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 18:00-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 16 may 2021-ci il tarixdən, saat 17:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 18:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 16 may 2021-ci il tarixdən, saat 17:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 16 may 2021-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 16 may 2021-ci il tarixdən, saat 17:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-273/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-273/2021
16.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver