Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-273/2022 19.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, Şəxs MMC barəsində 17 may 2022-ci il tarixdə X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin materiallarına baxaraq, MÜƏYYƏN ETDİM: X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinin əmək müfəttişi X1 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin: 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 100.1.3. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi göstərilməlidir. 100.1.4. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. 100.1.7. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. 109.1.6. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 469.2. Bu Məcəllənin 469.2-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, icbari sığorta qanunlarına əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə-fiziki şəxslər otuz manat məbləğində, vəzifəli şəxslər səksən manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir. Məhkəmənin icraatına X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsindən daxil olmuş iş materialında olan X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinin əmək müfəttişi X1 tərəfindən 17 may 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən inzibati xətanın törədildiyi yer və vaxt barədə məlumatlar aşkar edilməmiş, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı əksini tapmamaqla yanaşı, izahat inzibati xəta haqqında materiala da əlavə edilməmişdir. İnzibati xəta haqqında materiala X2 Xidmətinin Şəxs MMC nə ünvanladığı, barəsində olan inzibati xəta haqqında işə 17 may 2022-ci il tarixdə, saat 14:00-da baxılacağı barədə 12 may 2022-ci il tarixli bildiriş əlavə edilsə də, həmin bildirişin Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin tələblərinə uyğun olaraq Şəxs MMC nə çatdırılmasına dair heç bir sənəd inzibati xəta haqqında materiala əlavə edilməmişdir. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahat verməkdən imtina etməsi qənaətinə gəlməyə əsas vermir. Hansı ki, belə bir izahat alınmamışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün dəqiq müddətlər müəyyən etmişdir. İnzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer və vaxt barədə məlumatların qeyd edilməməsi, şəxsin əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması müəyyən edildiyi halda onun məsuliyyətə cəlb edilməsində qeyri-müəyyənliklərin meydana çıxması ilə nəticələnəcəkdir. Göründüyü kimi, X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsindən baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri mümkündür. Hesab edirəm ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş 17 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC-nin barəsində tərtib edilmiş 17 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X2 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə geri qaytarılsın. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-273/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-273/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver