Məhkəmə qərarları › İş №3(075)-273/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-273/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-273/2024 17.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1958-ci il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından icazə almamış mülki ov silahını saxlama səbəbindən inzibati qaydanı pozmuşdur. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-nin Sarıca PB-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki ŞRPŞ-nin Sarıca PB-nə məlumat verilməsinə baxmayaraq, Şəki ŞRPŞ-nin Sarıca PB məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək bildirdi ki, onun barəsində 28 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 590.2 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həqiqətən də protokolda qeyd olunan ov tüfəngi ona məxsusdur. Bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz verir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilməklə tədqiq edilmiş; Azərbaycan Repsublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 17/765 nömrəli, 14 noyabr 2023-cü il tarixli ekspert rəyinin nəticəsindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ” modelli, “1712” nömrəli, xarici çaxmaqlı, təklüləli tüfəngdiryivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. MEM-in Şəki regional bölməsində müvafiq texniki şərait (tir) olmadığından ekspert qarşısında qoyulmuş "silahın atəşə yararlı olubolmaması və yararlılığı müəyyən edilsin" suallarını cavablandırmaq mümkün olmamışdır. Şəki ŞRPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Ülvi Nəzərlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 yanvar 2024-cü il tarixli qərarından görünür ki, HK-1/308 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti şöbənin aidiyyatı üzrə xidmət sahəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs qeyd olunan hərəkətləri məhkəmə iclasında verdiyi izahatı, Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini və əməlindən peşman olması (İXM 32.1.1) məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq etməyi və silahın müsadirə edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə Şəki şəhər-rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, 16 kalibrli, patronun uzunluğu 70 mm olan, “İJ” modelli, “1712” nömrəli, xarici çaxmaqlı, yivsiz, təklülə ov tüfəngi dövlət nəfinə müsadirə edilsin. Qərarın İcrası silahın müsadirə edilməsi hissəsində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar