Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-273/2025 04.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX inspektoru, polis baş serjantı X1 iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 01 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən 01 may 2025-ci il tarixdə, saat 16:00 radələrində nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilərək İXM-nin 342.9-cu maddəsinin tələbləri pozulmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki şəhər-rayon X5 Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu YPX inspektoru, polis baş serjantı X2 izahat verərək bildirdi ki, 01 may 2025-ci il tarixdə xidmətdə olduğu zaman “Mitsubishi L 200” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə edildiyi üçün saxlatmışdır. Avtomobilə baxış keçirilən zaman avtomobilin qabaq nömrə nişanının üzərində örtük olduğu üçün nömrənin görünüşünün çətinləşməsi aydın olmuşdur. Bu səbəbdən sürücü Şəxs barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, o, işi ilə bağlı Zaqatala rayonunda yaşayır, qeydiyyatı ünvan 3 ünvanıdır. X3 Xidməti Publik Hüquqi şəxsin Zaqatala Su və Meliorasiya Sistemlərinin istismarı idarəsində baş mühəndis vəzifəsində işləyir. Son zamanlar mövsümlə bağlı olaraq, leysan yağışlarının intensivliyi ilə bağlı çay və hövzələrdə su məcralarına nəzarət etməklə bağlı gərgin iş rejimində işləyirlər. Bununla bağlı xx.xx.2025-ci il tarixində Zaqatala rayonu ərazisində çayların məcrasının dəyişməsi ilə bağlı iş prosesində ona məxsus ** FH *** dövlət nömrə nişanlı, MİTSUBİSHİ L200 markalı avtomobili ilə ağır texnikaya yanacaq gətirən zaman avtomobil sürüşüb çaya düşmüş və avtomobilin qarşısındakı dəmir qoruyucu sürüşərək, dövlət qeydiyyat nömrəsinin önünə qalxmışdır. Həmin qoruyucunu aşağı dartaraq səhər işə gəlmiş və axşamdan Zaqatala şəhərinin H.Əliyev prospektində baş vermiş qəza ilə bağlı ehtiyat hissələrini gətirmək məqsədi ilə Şəki şəhərinə gəlmişdir. Müvafiq ehtiyat hissələri ilə Zaqatala rayonuna dönən zaman Şəki DYP-nin əməkdaşı onu saxlamış və qeyd edilən nöqsanı ona bildirmişdir. O, özünü təqdim edib, yaranmış vəziyyəti izah etmiş və yaranmış vəziyyəti aradan qaldırmaq üçün yaxınlıqda olan təmir sexinə gedərək dəmir qoruyucunu tamamilə çıxarıb, maneəni aradan qaldıraraq, avtomobili DYP əməkdaşlarının baxışına təqdim edərək, yoluna davam edə biləcəyini bildirmişdir. Lakin DYP əməkdaşları ondan pul tələb etmiş, onların tələb etdiyi məbləğ onda olmamışdır. O, getməyinə imkan yaratmalarını xahiş etmiş yaranmış qəzanı və avtomobildə olan ehtiyat hissələrinin tez bir zamanda qəza yerinə çatdırmalı olduğunu bildirmişdir, ilk öncə məqsədlərinə çata bilmədiklərini gördükdə DYP əməkdaşları maşını əlindən alacaqlarını bildirdilər. Avtomobildə olan hissələri gördükdən sonra yalnız akta imza etdikdən sonra avtomobili verəcəklərini bildirdilər. Hadisənin qəza olmasını faktiki qəza izlərinin də olmasını göstərsə də, DYP əməkdaşları ancaq qərəzli şəkildə protokol yazmaqla kifayətləndilər. Bu baxımdan barəsində tərtib olunan inzibati protokol qərəzli və DYP əməkdaşlarının təzyiqi nəticəsində tərtib olunduğundan həmin protokola etiraz edir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP-7091521 saylı İnzibati xəta haqqında protokol qərəzli və qanunazidd, şəxsi məqsədlər üzərindən tərtib edildiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş: - Fotoşəkillərdən görünür ki, “Mitsubishi L 200” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qarşı hissəsində olan əlavə avadanlıq dövlət qeydiyyat nişanının üzərini örtərək, görünüşünü çətinləşdirir. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Şəki şəhərrayon Polis Şöbəsindən daxil olmuş material, tərəflərin izahatı ilə təsdiq olunmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş fotoşəkillərdə “Mitsubishi L 200” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qarşı hissəsində olan əlavə avadanlığın dövlət qeydiyyat nişanının üzərini örtməsi, görünüşünü çətinləşdirməsi öz təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq inzibati xəta haqqında protokola etiraz etdiyini qeyd etsə də, etirazının əsaslı olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Avtomobilin dövlət nömrə nişanının görünüşünü məhdudlaşdıran əlavə avadanlıqla idarə olunması İXM-nin 342.9-cu maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə Şəxs Azərbaycan Respublikasının İXMnin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, inzibati tənbehin məqsədlərini, işin hallarını və onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini və inzibati xətanın obyekti olmuş predmetin müsadirə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. “Mitsubishi L 200” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin dövlər qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran əlavə avadanlıq müsadirə edilsin. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-273/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-273/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver