Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-274/2021 18.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Yaşarlı Dərya Yaşar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon X8 Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1980-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin kənddə yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs üzərində 03 aprel 2021-ci il tarixdə, saat 17:00 radələrində şəxsi axtarış aparılarkən onun üzərindən ümumi təmiz çəkisi 1,27 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon X8 Polis Bölməsinin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Şəxs üzərində 03 aprel 2021-ci il tarixdə şəxsi axtarış aparılarkən onun üzərindən ümumi təmiz çəkisi 1,27 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəxs əməlində inzibati xəta tərkibi olduğundan onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayır. Əvvəllər spirtli içkiyə daha çox meyilli olsa da, bir neçə ay bundan əvvəl spirtli içki qəbul etməsinə tövbəlidir. O, 03 aprel 2021-ci il tarixdə həmkəndlisi olan X1 özü qəbul etmək məqsədi ilə 30 manat dəyərində narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Lakin, həmin marixuanadan istifadə edənədək, yəni, saat 17:00 radələrində kənd ərazisində dayanarkən özünü şübhəli apardığından polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilərkən üzərində istifadə etmək üçün saxladığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Etdiyi hərəkətdən peşmandır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş məhkəmə bioloji ekspertizasının 04 aprel 2021-ci il tarixli, 17/249 nömrəli rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Şəxs üstündən aşkar edilmiş...” sözlər və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi-1,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs X2 üstündən aşkar edilmiş...” sözlər və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi-5,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Şəki ŞRPŞ-dən дахил олмуш инzибати хятайа даир materialda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, o cümlədən məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə Şəxs narkotik vasitəni aldığı şəxs X4 barəsində Şəki ŞRPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılnıldığı və istintaqın davam etdirildiyi müəyyən edilir. Buna görə də Şəxs əldə etdiyi və üzərindən çıxmış narkotik vasitənin məhv edilməsi və iş üzrə verilmiş ekspert rəyi ilə bağlı ödənilməli olan ekspertiza xərci ilə bağlı hallara qeyd edilən cinayət işi üzrə yekun qərar çıxarılarkən hüquqi qiymət verilməli olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, 300 manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-274/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-274/2021
18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver