Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-276/2025 22.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, EQ seriyalı, 26366405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, məhkəmə müəyyən etdi: X4 şikayətlə Şəki Rayon Məhkəməsinə müraciət edərək, X1 adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26366405 nömrəli inzibati xəta haqqında protoklun və həmin protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan materiallara baxaraq məhkəmə hesab edir ki, şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından görünür ki, şikayətçinin mübahisələndirdiyi xx.xx.2025-ci il tarixli, EQ 26366405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar X1 barəsində tərtib olunmuşdur. Lakin həmin qərardan X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələnlərinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Göründüyü kimi xx.xx.2025-ci il tarixli, EQ 26366405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X2 şikayət verə bilər. Məhkəmə hesab edir ki, X3 xx.xx.2025ci il tarixli, EQ 26366405 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermək səlahiyyəti yoxdur. Şərh edilənlərə əsasən hesab edirəm ki, X3 xx.xx.2025-ci il tarixli, EQ 26366405 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 xx.xx.2025-ci il tarixli, EQ 26366405 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-276/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-276/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver