Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-277/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə 12 avqust 1983-cü il tarixdə Vartaşen (Oğuz) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Sarıca Kəndində pasport qeydiyyatında olmaqla, Samux rayonu, Eldarlı kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2100/2015 saylı, xx.xx.2015-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2100/2015 saylı, xx.xx.2015-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment alınaraq tələbkar X3 ödənilməlidir. İcra sənədi xx.xx.2015-ci il, tarixdə Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Sözügedən aliment borcunun borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şəki ŞRPŞ-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu Şəxs barəsində xx.xx.2022-ci il tarixdə 820422 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu şöbəsində verdiyi izahatında imkanı olmadığı bildirmişdir.Həmçinin borclu həl- hazırda hər hansı ödəniş etmək imkanımın olmadığını bildirmişdir. 29 03.2023-cü il tarixədək borclunun ödənilməmiş aliment məbləği 3600 manat təşkil edir. Bununlada keçən müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2100/2015 saylı, xx.xx.2015-ci il tarixli icrası sənədinə əsasən borclu Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 80 manat aliment alınaraq ona ödənilməlidir. Lakin Şəxs aliment borcunu ödəməkdən imtina edir. Qanuni qərar qəbul edilməsini və Şəxs həbs olunaraq cəzalanmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. İşləmədiyinə görə ödəniş etməmişdir. Ümumilikdə 80 manat ödəniş etmişdir. 2 aydır işləyir. Əməlindən peşmandır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X1 Sübhan Mürvət oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2100/2015 saylı, xx.xx.2015ci il tarixli icrası vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, icra sənədi üzrə bügunədək heç bir ödəniş həyata keçirilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 29 mart 2023-cü il tarixdən, 10:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-277/2023 29 mart 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Azər Muradova Hörmətli Azər müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-277/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış Hörmətlə, Hakim: Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №3(075)-277/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-277/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver