Məhkəmə qərarları › İş №3(075)-278/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-278/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-278/2022 18.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixdə Şəki rayonu, İbrahimkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, Şəki rayonu, İbrahimkənd kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 18.05.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-81/2020 saylı, 28.02.2020-ci il tarixli icra sənədinə əsasən 30 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq Məmmədli (Qocayeva) Ayişə Rəsul qızına verilməlidir. Aliment tutulmasının əvvəli 16 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Şəxs 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-81/2020 saylı, 28.02.2020-ci il tarixli icra sənədinə əsasən 30 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq Məmmədli (Qocayeva) Ayişə Rəsul qızına verilməlidir. Aliment tutulmasının əvvəli 16 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa Şəxs 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi 02.03.2020-ci il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin ictraatına daxil olmuşdur. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun ünvanına göndərilmiş, tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun faktiki yaşadığı Şəki rayonu, İbrahimkənd ünvanında yerləşən ünvanına tərəflərindən baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclunun icra və probasiya şöbəsində dəfələrlə izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borc məbləğindən hazırda heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu ötən müddət ərzində aliment borcunun tam şəkildə ödənilməsini təmin etməmiş və nəticədə hal-hazırda 1246 manat məbləğində aliment borcu yaranmışdır. Göstərmişdir ki, borclu əvvəllər ödənişlər etsə də son 7 ayda heç bir ödəniş etmir. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu 18.05.2022-ci il tarixdə 15:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-81/2020 saylı, 28.02.2020-ci il tarixli icra sənədinə əsasən 30 aprel 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq Məmmədli (Qocayeva) Ayişə Rəsul qızına verilməlidir. Aliment tutulmasının əvvəli 16 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa ondan 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən aliment məbləğini ödəməmişdir. Bildirmişdir ki, o, toy məclislərində mahnı oxuyaraq qazanc əldə edir. Karantin rejimi tətbiq edilən zaman toy məclisləri olmadığı üçün heç bir yerdən qazancı olmamışdır. Dəfələrlə iş üçün müraciət etmiş, ancaq iş tapa bilməmişdir. Halhazırda toylarda müğənni kimi işləməklə qazanc əldə edir. Hər toydan 45-50 manat gəliri olur. Bundan başqa gəlir yeri yoxdur. Bildirmişdir ki, aliment borcunu ödəyəcəkdir. Ancaq maddi imkanı aşağı olduğu üçün borcunu birdəfəlik ödəyə bilməyəcəkdir. 5 gün ərzində aliment borcundan 800 manat məbləğini ödəyə bilər. Əlavə olaraq bildirmişdir ki, o, 18.05.2022-ci il tarixdə 15:00-da Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Onun himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alınmasını və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 18 may 2022-ci il tarixdən, saat 15:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 17:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 18 may 2022-ci il tarixdən, saat 15:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 18 may 2022-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 18 may 2022-ci il tarixdə, saat 15:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar