Məhkəmə qərarları › İş №3(075)-278/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-278/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-278/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxxx 2004-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən tərtib edilmiş, 29 mart 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 mart 2023-cü il tarixində Şəki şəhəri ərazisində narkotik vasitə hesab olunan marixuana qəbul etmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə təxminən saat 01:30 radələrində Zərifə Əliyeva prospektində yerləşən Olimpia məhəlləsində Şəki ŞRPŞ-nin PPXB nəfəri, Ələkbər İbirahimov və Şəki ŞRPŞ-nin PPXB nəfəri Rahim Dadaşov birlikdə xidmətdə olduqları zaman iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görmüşlər. Bundan sonra polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş və onların şəxsiyyət vəsiqələrini təqdim etmələrini xahiş etmişlər. Bu zaman həmin iki nəfər şəxs polis əməkdaşları ilə qeyri-səmimi rəftar etmiş və müxtəlif bəhanələr gətirmişlər. Buna görə də həmin şəxslər narkotik vasitə istifadə etmələrində şübhə yaratdıqlarından polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişlər. Polis Şöbəsində həmin şəxslərin Şəki şəhər sakinləri X5 və Şəxs olmaları müəyyən olunmuşdur. Bundan sonra Şəxs həkim narkoloq tərəfindən yoxlanılarkən alınmış sidik analizindən narkotik vasitə hesab olunan marixuanadan istifadə etməsi aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, təxminən 15-20 gün qabaq iş tapmaq üçün Bakı şəhərinə getmişdir. O, Bakı şəhərində iş axtaran zaman tanımadığı şəxsdən 1 ədəd narkotik vasitə, yəni marixuana almışdır. Daha sonra o, dostu ilə birlikdə iş tapa bilmədikləri üçün məcbur qalaraq Şəki şəhərinə gəlmişlər. Təxminən 3 gün qabaq aldığı həmin narkotik vasitəni qəbul etmişdir. 28 mart 2023-cü il tarixdə isə, o, dostu ilə birlikdə spirtli içki qəbul etmiş və Şəki şəhəri ərazisində gəzməyə başlamışlar. Bu zaman polis əməkdaşları onlara yaxınlaşmış və özlərini şübhəli apardıqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onları Şəki ŞRPŞ-nə dəvət etmişlər. Şəki ŞRPŞ-də həkim narkoloq tərəfindən yoxlanılan zaman onun narkotik vasitə hesab olunan marixuana qəbul etdiyi aşkar olunmuşdur. Bildirmişdir ki, o, birinci dəfədir ki, narkotik vasitə qəbul edir. Törətmiş olduğu əməlin səhv olmasını qəbul edir. Əməlindən peşmandır. Buir daha bu gür hallara yol verməyəcəyinə dair söz verir. Ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli X1 X3 analizindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan “Marixuana” aşkar edilmişdir. İşdə olan 29 mart 2023-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 29 mart 2023-cü il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar