Məhkəmə qərarları › İş №3(075)-279/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-279/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-279/2025 11.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, X2 barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş EQ 26921884 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, barəsində əsassız tərtib edilmiş Baş X9 İdarəsinin EQ 26921884 nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-3477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, X2 inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli EQ 26921884 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan verdiyi şikayətin inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 09-49 radələrində Şəki rayonu, Göybulaq kəndi Zaqatala istiqamətində video müşahidə kameralarının vasitəsi ilə idarə etdiyi X8 yük markalı, ** AD *** dövlət qeydiyyat nişanlı yük maşını barəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə protokol tərtib qəbul edilmişdir. O, "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və həm yük avtomobilində şirkətə məxsusdur. Şirkət tərəfindən hər yük avtomobili yol çıxmamışdan qabaq, müvafiq olaraq çəki və kütlə parametrlərini ölçən elektron tərəzidən keçilir və bundan sonra istismara buraxılır. xx.xx.2025-ci ildə yola düşməmişdən qabaq çəki və kütlə parametrlərini ölçən elektron tərəzidən keçirilmiş, yük avtomobilinin maksimal kütləsi 18300 kq olmuşdur. Yük avtomobilinin qeydiyyat şəhadətnaməsinə əsasən icazə verilmiş maksimal kütlə 18500 kqdır. Həmçinin yük avtomobili idarə edilən zaman bir neçə postlardan nəzarət yoxlanış məntəqələrində yoxlanışdan keçmişdir və heç bir qanun pozuntusu aşkar edilməmişdir. Lakin buna baxmayaraq, Bakı şəhər X9 İdarəsi tərəfindən ərazidə quraşdırılmış müşahidə kameralar vasitəsi ilə aşkar edilərək, barəsində əsassız protokol tərtib edilmişdir. Onu hər hansı bir əməkdaş və ya yol patrul xidməti inspektoru saxlamamış, qeyd olunan inzibati xəta haqqında protokol ərazidə quraşdırılmış müşahidə kameraları vasitəsi ilə aşkarlanaraq tərtib edilmişdir. Qeyd olunanlarla razı olmadığına görə də barəsində tərtib olunmuş qərardan məhkəməyə şikayət vermək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq şikayət verən şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Şəki Rayon Məhkəməsinə ünvanladığı məlumatların təqdim olunması barədə xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qeyd edilən ərazidə yerləşən elektron tərəzilərdə 4 mart 2025-ci il tarixində “Mercedes Benz” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin çəkisi müvafiq olaraq, saat 05:14 radələrində 17390 kq və saat 09:49 radələrində 20320 kq qeydə alınmışdır. Eyni zamanda bildirirlər ki, qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş nəqliyyat vasitələrinin aralıq məntəqələrdə yüklənməsi və boşaldılması halları baş verdiyi üçün tərəzi məntəqələrində müxtəlif çəkilər qeydə alına bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın surətindən görünür ki, sınaqların müsbət nəticələri əsasında “Kistler İnstrumente AG”, İsveçrə, “9835A” hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 353.2.-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 idarə etdiyi “X8” yük markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qeyd olunan xətanı törətməsi iş materialları ilə müəyyən olunmuş, inzibati xətanı qeydə alan elektron tərəzinin nasaz olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X3 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar