Məhkəmə qərarları › İş №3(075)-28/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-28/2022

23.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-28/2022 23.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1, (Əvvəlki məhkəmə iclasında iştirak etmiş İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X8) iştirakları ilə, X1 Şəki ŞRPŞ-nin DYPB tərəfindən barəsində tərtib edilmiş 31 dekabr 2021-ci il tarixli, İPX seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən barəsində tərtib edilmiş 31 dekabr 2021 ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* nönrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin icraatına xitam verilməsi; Həmin hadisənin, hadisədə iştirak etmiş avtomobillərdən hansı avtomobilin sürücüsünün təqsiri ucbatından baş verməsi, hadisədə iştirak etmiş avtomobillərdən hansı avtomobilin sürücüsünün hadisənin baş vermə anında həmin hadisənin qarşısını almağa texniki imkanının olmasını müəyyən etmək, həmçinin, həmin anda hadisədə iştirak etmiş avtomobillərdən hansı avtomobilin sürücüsünün X15 Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinin pozulmasını müəyyən etmək məqsədi ilə məhkəmə trasoloji və məhkəmə avtotexniki ekspertizası təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, onun barəsində Şəki ŞRPŞnin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 31 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O həmin 31 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Göstərmişdir ki, 31 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas kimi qeyd olunmuşdur ki, güya ki, o 31 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi «Mercedes Benz C 180» minik markalı, **-VU-*** dövlət nömrə nişanlı minik avtomobillə Şəki şəhəri, S.Mümtaz küçəsində hərəkətdə olarkən menevretmə qaydasını pozaraq qəza törətmişdir. Halbuki, həmin hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. Belə ki, o, 31 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi «Mercedes Benz C 180» minik markalı, **-VU-*** dövlət nömrə nişanlı minik avtomobillə Şəki şəhəri, S.Mümtaz küçəsində hərəkətdə olarkən sola dönmə əməliyyatı edərkən, yuxarıdan çox surətlə gələn avtomobil onun idarə etdiyi avtomobili vurmuşdur. Onun həyat yoldaşı X6 da avtomobildə olmuşdur. Qəza zamanı xəsarət alan olmamışdır. Həmin yolda maksimal hərəkət sürət 60 km/saat müəyyən edilmişdir. Hadisənin baş vermə görüntülərilə onun avtomobili ilə toqquşan avtomobilin daha sürətli hərəkət etməsi müəyyən olunur. Lakin, inzibati araşdırma aparan yol polisi əməkdaşı onun avtomobilini vuran avtomobilin sürücüsünün hadisənin qarşısını almağa texniki imkanının olub-olmadığını araşdırmamış, bununla bağlı zəruri olan ekspertiza təyin etməmiş və öz mülahizəsi əsasında belə bir nəticəyə gəlmişdir. Əslində, onun avtomobilini vuran avtomobilin sürücüsünün hərəkətlərində «X15» Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Göstərilən əsaslarla hesab etmişdir ki, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində rəzərdə tutulmuş inzibati xəta tərkibinin olmadığı üçün Şəki ŞRPŞ-nin DYPBnin yol patrul xidməti inspektoru, polis baş serjantı X12 tərəfindən barəsində tərtib edilmiş 31 dekabr 2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 31 dekabr 2021 ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayətini müdafiə etmiş və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Şəki ŞRPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki ŞRPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X12 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, baş vermiş hadisə ilə bağlı məlumat aldıqdan sonra təcili olaraq hadisə yerinə getmişdir. Hadiə yerinə baxış keçirərkən müəyyən edilmişdir ki, «Mercedes Benz C 180» minik markalı, **-VU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 şəhəri, S.Mümtaz küçəsində hərəkətdə olarkən menevretmə qaydasını pozaraq qəza törətmişdir. Belə ki, o qeyd edilən küçədə yolun sağından soluna hərəkət etmək və yolun tən ortasından geriyə dönmə əməliyyatı keçirmək istəmiş, lakin bu zaman arxadan gələn nəqliyyat vasitəsini diqqətə almamışdır. Hadisə zamanı sürücü M.Çərkəzli yan güzgülərdən arxadan gələn avtomobilin gəlib-gəlməməsini yoxlamamış, yolun tən ortasından geri manevr etmək istəmişdir. Hətta sürücü həmin anda sola deyil, yolun sağ istiqamətinə baxmışdır. Beləliklə də sürücü M.Şərkəzli arxadan gələn avtomobilin keçməsini gözləmədən avtomobili yolun tən ortasından anidən hərəkət etdirərək geri dönüş etdirmək istəmişdir. Bütün bunlar məhkəməyə təqdim etdiyi video görüntülərdə öz əksini tapmışdır. Bu zaman qəza baş vermişdir. Bu hərəkəti ilə X7 manevr qaydalarına əməl etməmişdir. Ona görə də hesab etmişdir ki, tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 31 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və həmin qərara əlavə edilmiş sənədlər toplusundan görünür ki, X7 İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğuna 40 manat məbləğində cərimə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli, 8/1897 saylı yol-nəqliyyat hadisəsinin ekspertiza rəyindən görünür ki, Mercedes Benz C180 markalı 10VU689 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində "X15" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci. 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. VAZ-21074 markalı 33BE837 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X5 İXM-nin 327.1-ci maddəsinin tələblərini pozması iş materiallarına əlavə edilmiş sənədlərlə və ekspert rəyi ilə tam təsdiq edilmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki ŞRPŞ-nin DYPB tərəfindən X5 barəsində tərtib edilmiş 31 dekabr 2021-ci il tarixli, İPX seriyalı ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 31 dekabr 2021ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X1 Şəki ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən barəsində tərtib edilmiş 31 dekabr 2021 ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* nönrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin icraatına xitam verilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: X1 Şəki ŞRPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis serjantı X12 tərəfindən barəsində tərtib edilmiş 31 dekabr 2021 -ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 31 dekabr 2021-ci il tarixli, TP seriyalı ******* nönrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi, barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin icraatına xitam verilməsinə dair şikayət ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar