Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-28/2024 08.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 iştirakı ilə X1 barəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB YPX tərəfindən qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər-Rayon Polis Şöbəsi X9 Bölməsi tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 345.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, tənəkəçi işləməklə avtomobillərin əzilmiş hissələrini təmir edir. Təxmini tarixini xatırlamadığı bir neçə il əvvəl müştərinin nəqliyyat vasitəsinin banının əzilmiş hissəsini düzəldiyindən Azərbaycan Respublikası İXM-nın 345.2-ci maddəsi ilə cərimə olunmuşdur. Həmin vaxt nəqliyyat vasitəsinin bann nömrəsinin təmir olunmasının qadağan olunduğunu bilmədiyindən günahını qəbul etmiş və cəriməni ödəmişdir. O, vaxtdan sonra heç bir nəqliyyat vasitəsinin bann nömrəsini təmir etməmişdir. Bu yaxınlarda sürücülük vəsiqəs almaq üçün Şəki Regional-Qeydiyyat-İmtahan və texniki baxış şöbəsinə müraciət edərkən zaman ona məlum olmuşdur ki, yenidən barəsində həmin maddə ilə cərimə tətbiq olunmuşdur. Həmin qərardan onun heç bir məlumatı olmamış, ümumiyyətlə bu barədə ona məlumat verilməmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsini təmin edilməsini məhkəmədən xahilş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu YPX inspektoru, polis serjantı X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu YPX inspektoru, polis serjantı X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 345.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İXM-nin 345.2-ci maddəsi ilə təqsirli bilinərək 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 345.2-ci maddəsinə əsasən Banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə - iki yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Şəki rayonu YPX inspektoru, polis serjantı X5 19 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokolda və onun əsasında qəbul edilmiş 19 oktyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında X5 Azərbaycan Respublikası İXM-nin 345.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X4 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Şəki rayonu YPX inspektoru, polis kiçik serjantı X5 19 oktyabr 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokola istinad etməklə X2 Azərbaycan Respublikası İXM-nin 345.2-ci maddəsi ilə təqsirli bilərək, 250 manat məbləğində inzibati cərimə edilməsinə dair qərar qəbul etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməməklə, tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 345.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki səhər-rayon polis şöbəsinin X9 Bölməsi tərəfindən qəbul olunmuş 19 oktyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 345.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada təbeh edilməsinə dair Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 Bölməsi tərəfindən qəbul olunmuş 19 oktyabr 2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-28/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-28/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver