Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-280/2023 03.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X3 və onun vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi sahibkarlıqla məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Cumakənd kəndində qeydiyyatında olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş 03 aprel 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2065/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14900 manat məbləğində borc və 133,8 manat dövlət rüsumu alınaraq tələbkar X7 ödənilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2065/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14900 manat məbləğində borc və 133,8 manat dövlət rüsumu alınaraq tələbkar X7 ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxıl olmuş üzrə xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilməmişdir. Borcluya xx.xx.2023-cü il taxində və xx.xx.2023-cü il tarixində rəsmi xəbərdarlıqlar göndərilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il tarixində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gələrək izahat vermişdir. Şəxs izahatında icra sənədi üzrə tələbi tam şəkildə icra etməyə hazırda maddi cəhətdən imkanının olmadığını və hər ay 300 manat olmaqla icra sənədi üzrə tələbi hissə-hissə icra edə biləcəyini, bu ilin may-iyul ayları arası taxıl sezonunda tutarlı bir məbləğ ödəyəcəyini bildirmişdir. X4 Cəlal Aslan oğlunun əmlak və gəlir vəziyyətinin yoxlanılması, tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin, banklarda və digər kredit təşkilatlarında borclunun adına pul vəsaiti və digər sərvətlərin olub olmaması ilə bağlı Ədliyyə Nazirliyinin “Elekron İcra” informasiya sistemi vasitəsi ilə, banklara, Cumakənd kənd icra nümayəndəliyi və kənd bələdiyyəsinə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak və ya gəlir aşkar edilməmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixində borclunun yaşadığı Şəki rayonu Cumakənd kəndində yerləşən ünvanına baxış keçirilmiş tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbkar X1 rayonu üzrə icra və Probasiya Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Borclu Şəxs xx.xx.2023-cü il tarixinədək icra sənədi üzrə borc məbləğindən heç bir ödəniş etmədiyini bildirmiş və barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixində Şəki Rayon Məhkəməsinə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatla müraciət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixində borclunun ünvanına gəldikləri zaman borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2023-ci il tarixində borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şəki şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixində polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilən borclu Şəxs verdiyi izahatında hal-hazırda icra sənədi üzrə borc məbləğini ödəyə bilməyəcəyini bildirmişdir. Borclu bu günədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Bildirmişdir ki, onlar telefon vasitəsilə borclu ilə əlaqə saxlayıb borcun ödənilməsini tələb edən zaman, borclu nalayiq ifadələr işlətmişdir. Həmçinin borclu icra sənədi üzrə 500 manat məbləğində ödəniş edə biləcəyini bildirsədə, real olaraq borc məbləğindən hər hansı ödəniş etməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs icra sənədi üzrə ödənilməli olan borc məbləğini qanunla müəyyən edilmiş müddətdə qanunla müəyyən edilmiş əsaslar olmadan ödəmədiyi üçün Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs axtarışla 03 aprel 2023-cü il tarixdə, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 17:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 2065/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 14900 manat məbləğində borc və 133,8 manat dövlət rüsumu alınaraq tələbkar X7 ödənilməlidir. İcra sənədindən məlumatı vardır. Bildirmişdir ki, o, borcunu ayda 500 manat olmaqla ödəmək istəmişdir, lakin tələbkar onunla razılaşmamışdır. Tələbkar razılaşsa, bu gün borcundan 500 manat ödəniş edə bilər. Borcunu tam olaraq ödəməyə maddi imkanı yoxdur. Ona 3 ay müddətinə vaxt verilsə, icra sənədlərində göstərilən bütün borc məbləğini hər ay hissəhissə ödəniş edib bağlayacaqdır. O, hal-hazırda torpaq sahəsi icarəyə götürərək tütün və qarpız əkir. Şəxsi təsərrüfatı vardır. Həmçinin yaşadığı evi satılığa çıxarmışdır. Əgər ev satılsa, borcunu tam şəkildə ödəyəcəkdir. Əgər satılmasa belə iyul-avqust aylarında təsərrüfatdan gələn gəlir vasitəsilə borcunu ödəyəcəkdir. Əlavə olaraq bildirdi ki, 03 aprel 2022-ci il tarixdə saat 14:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmiş və bundan sonra saat 17:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil izahat verərək göstərmişdir ki, borculunun söylədiklərində həqiqət vardır. Borclu evini də satışa çıxarmışdır ki, evi satıb borcunu ödəyib bağlasın. Borclu Şəxs imkanı daxilində icra sənədlərində göstərilən borcunu ödəmək niyyətindədir. Sadəcə borclu vaxt istəyir ki, borcunu hissə-hissə olmaqla ödəsin. Borcluya şərait yaradılsa borcunu ödəyəcəkdir. Göründüyü kimi borclu icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırmır, maddi imkanı olmadığı üçün borcunu tam olaraq ödəməmişdir. Bütün bunları nəzərə alaraq icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X8 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2065/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14900 manat məbləğində borc və 133,8 manat dövlət rüsumu alınaraq ona ödənilməlidir. Bildirmişdir ki, borcunu Şəxs qərəzli olaraq bu günə kimi tələb olunan borc məbləğini ona ödəməmişdir. Borclu onun yanına gəlib borcunu ayda 1000 manat olmaqla ödəyəcəyini bildirmişdir. Lakin o razılaşmamış, borcunu tam olaraq ödəməsini istəmişdir. Ancaq bu günə kimi borclu borcundan heç bir ödəniş etməmişdir. Borclu 1000 mana ödənişi heç olmasa icra məmuruna ödəyərdi. O, borcluya borcunu ödəməsi üçün vaxt vermişdir. Bu müddət aralığında da borclu borcunu tam şəkildə ödəməmişdir. Əgər borclu ayda 1500- 2000 manat məbləğlərdə ödəniş etsə razılaşardı. Borclu Şəxs özü qəsdən borcu ödəməkdən boyun qaçırır. Ona hər dəfə söz verir ki, borcunu ödəyəcək, lakin sözünü tutmur. Borclu Şəxs şikayətçidir. Borclunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X3 vəkili Şəki Regional Vəkil Bürosunun vəkili X9 izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2065/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 14900 manat məbləğində borc və 133,8 manat dövlət rüsumu alınaraq tələbkar X8 ödənilməlidir. Məhkəmə qətnaməsinin çıxarılmasından xeyli vaxt keçməsinə baxmayaraq borclu icra sənədlərinin icrasından qəsdən yayınmış, icra etməmişdir. Bu günə kimi borclu borc məbləğində hər hansı ödəniş etməmişdir. Heç olmasa borcunun yarısını ödəsin. Borclunun İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin yuxarı həddində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Belə ki, müəyyən olunur ki, borclu icra sənədlərindən məlumatı olmuş, icra sənədləri üzrə borclarını ödəmədiyi halda inzibati məsuliyyət daşıyacağını da anlamışdır. İcra sənədlərinin vaxtından kifayət qədər vaxt keçməsinə baxmayaraq, o, icra sənədləri üzrə ödəniş etməyərək qərəzli olaraq yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada polis əməkdaşları tərəfindən 03 aprel 2023-cü il tarixdən, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 03 aprel 2023-cü il tarixdən, saat 14:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 03 aprel 2023-cü il tarixdən, saat 14:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 03 aprel 2023-cü il tarixdən, saat 14:00-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-280/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-280/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver