Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-283/2022 08.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nın İTB-nin sahə rəisi, polis leytenantı X16 iştirakları ilə X1 barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 22.02.2022-ci il tarixdə, təxminən 12:00 radələrində Şəki rayonu Cunud kəndində şəxsi münasibətlər zəminində həmkəndlisi X9 döyməyi həmin qərarın qəbul olunmasının əsası kimi çıxış edir. Lakin qəbul edilən bu qərar kifayət qədər əsassızdır. Belə ki, o, 2021-ci ilin oktyabr ayından 24 fevral 2022-ci il tarixinə qədər oğlu X12 Xəzər rayonu, Zirə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış evində olmuşdur. Göründüyü kimi hadisənin baş verildiyi gün kimi qeyd olunan 22 fevral tarixində o, Şəki rayonunda deyil, Bakıda olmuşdur. Bununla bağlı olaraq da kifayət qədər şahidləri vardır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X3 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, yanvar-fevral aylarında Bakıda yaşamış, Şəkiyə fevralın 25-də gəlmişdir. Evə gəldikdə İsmayılova Alagözün onun torpağını zəbt etdiyini görmüşdür. Fevralın 27-si zərərçəkmişlə aralarında olan hasarı dağıtmışdır. Lakin zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməmişdir. Bakıya fevralın 25-də gəlməsinə dair sübutu həmin gün oğluna zəng edib çatdığını deməsidir. Bundan başqa onun fevral ayının 25 gəlməsini başqa şəxslərdə sübut edə bilər. Məhkəmə iclasında Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X22 bildirdi ki, 2022-ci ilin fevral ayınının 22-də onlara məlumat daxil olmuş və o, ərizəçinin evinə getmişdir. X13 həmin gün X11 tərəfindən döyülməsini bildirmişdir. Tərəflər arasında sıx-sıx münaqişələr yaranır. Həmin fakt üzrə araşdırılma aparılmış və Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı Hafiz Kərimov tərəfindən 02 aprel 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Daha sonra inzibati xəta haqqında icraat başlanmış və onun tərəfindən 04 may 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 04 may 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04 may 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı müdafiə edərək, ərizənin təmin edilməməsini xahiş etdi. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X14 02 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəki rayonu Cunud kəndində yaşayan X13 02.03.2022-ci il tarixdə Şəki ŞRPŞyə ərizə ilə müraciət edərək 22.02.2022-ci il tarixdə, saat 12 radələrində X11 tərəfindən döyüldüyünü bildirmişdir. Material üzrə izahatı alınmış X13 izahatında, uzun illərdir ki, Firəngizlə qonşu olduğunu, 3 ildir ki, aralarında olan sərhədə görə münasibətləri pozulduğunu, Firəngizin çox vaxt Bakı şəhərində olduğunu, 20.02.2022-ci il tarixdə Firəngizin Bakı şəhərindən gələrək çəkdiyi barının onun tərəfə keçdiyini deyib barını sökməsini tələb etdiyini, 22.02.2022-ci il tarixdə həyətdə toyuqlara dən verərkən Firəngizin əlində ağac barını dağıtdığını gördüyünü, ona “barını dağıtma bələdiyyə gələr baxar, əgər sən tərəfə keçmişəmsə, sökərəm” dedikdə, Firəngizin əlindəki ağacla sağ ayağına vurduğunu, bunu görən qohumu Əsmayənin gəlib onu evinə apardığını, həmin vaxt orada başqa ayrı heç kimin olmadığını bildirmişdir. Material üzrə izahatı alınmış X2 İsmayılovanın izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Material üzrə izahatı alınmış X11 izahatında, uzun illərdir ki, Alagözlə qonşu olduğunu, 3 ildir ki, aralarında olan sərhədə görə münasibətləri pozulduğunu, əri rəhmətə gedəndən sonra çox vaxt Bakı şəhərində olduğunu, 20.02.2022-ci il tarixdə Bakı şəhərindən evinə gələndə Alagözün aralarında olan sərhəddə barı çəkdirdiyini gördüyünü, barını onun həyətindən çəkdirdiyi üçün çağırıb ona dediyini, ancaq Alagözün ona qulaq asmadığını, 27.02.2022-ci il tarixdə, saat 12 radələrində Alagözün inəklərini onun həyətindən çıxardığını görüb “niyə inəklərini mənim həyətimə salmısan” dedikdə, aralarında narazılıq olduğunu, 22.02.2022-ci il tarixdə Alagözü döymədiyini, ümumiyyətlə həmin günü onu görmədiyini bildirmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 03 mart 2022-ci il tarixli, 88 nömrəli ekspertiza rəyindən aydın olur ki, X8 məhkəmə-tibbi ekspertizası zamanı sağ diz oynağının travmatik şişkinliyi, oynaq kapsulasının yumşaq toxumalarının əzilməsi, sağ baldırın əzilmiş-sıyrılmış yaraları bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 22.02.2022-ci il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 22.02.2022-ci il tarixdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı X5 diz oynağının travmatik şişkinliyi, oynaq kapsulasının yumşaq toxumalarının əzilməsi, sağ baldırın əzilmiş-sıyrılmış yaraları ilə nəticələnən xəsarətlər yetirməklə X9 qəsdən döymüşdür. Odur ki, HK-1/324 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X6 barəsində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün İTB-yə göndərilməsi qərara alınmışdır. Sözügedən qərardan şikayət verilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər-rayon Polis Şöbəsinin 04 may 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 04 may 2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının təsdiq edilmiş surətindən görünür ki, X11 aralarında baş vermiş mübahisə zamanı X9 döydüyündən Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati iş üzrə X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X6 X9 döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi iş materiallarına əlavə edilmiş sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə hadisə baş verən zaman onun X9 döyməməsi bildirən X1 fikirlərinə tənqidi yanaşır. Belə ki, X11 bütün bu qeyd etdikləri iş materiallarının tədqiqi zamanı aşkar edilməmişdir. X7 həmin gün Bakıda olmasını görən şəxslərin olmasını bildirsədə bu şəxslərin kim olmasına dair məlumat verə bilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X6 qeyd etdikləri məqsədli şəkildə onun ərizəsinin təmin edilməsinə yönəldilmiş ifadələrdir. Bundan başqa X4 ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X14 02 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə razılaşmış və şikayət verməmişdir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X6 barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X6 barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 barəsində tərtib edilmiş 04 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi təmin olunmasın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-283/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-283/2022
08.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver