Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-283/2023 05.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1986-cı ildə Balakən rayonu Qazma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, əlilliyi olmayan, Balakən rayonu Qazma kəndində qeydiyyatında olmaqla həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 04 aprel 2023-cü il tarixli İnzibati xəta barədə protokolda göstərilmişdir ki, Şəxs 04 aprel 2023-cü, saat 19:20 radələrində Zaqatala-Yevlax istiqamətində DYP postunda ucadan səs-küy salmış, qeyri-nalayiq ifadələr işlədərək polisin polisin qanuni tələblərinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X8 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri istiqamətində idarə etdiyi Kamazın yükü ağır olduğundan polis əməkdaşları tərəfindən həmin yük maşını saxlanılmışdır. Bu zaman aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları tərəfindən Şəxs dəfələrlə nizamintizama, qanunlara hörmətlə yanaşması izah olunsa da, o təhqir edici ifadələr işlədərək polisin qanuni əmrinə tabe olmamışdır. Bundan sonra həmin şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞ-də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, həmin yük maşını ilə Bakı şəhərinə kərpic və kubik aparır. O həmin işlə ailəsini dolandırır. 04 aprel 2023-cü il tarixdə o yük maşını kərpiclə dolu halda Bakı şəhəri istiqamatinə gedərkən qaydalara uyğun olaraq normadan artıq yük daşıdığından yoxlama zamanı oxa düşən kütlə aşmışdır. DYP postunu keçərkən YPX işçiləri onu saxlamışlar. Ona kamazın yükünün ağır olduğunu bildirdikdə onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı yüksək səslə polis əməkdaşları ilə mübahisə etmiş, lakin nalayiq ifadələr işlətməmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Himayəsində 3 azyaşlı uşağı var. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman DİN BDYPİ Yol Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı X6 ifadə verərək bildirdi ki, Şəxs Bakı şəhəri istiqamətində idarə etdiyi Kamazın yükü ağır olduğundan tərəfləridən həmin yük maşını saxlanılmışdır. Sənədləri təqdim etməkdən imtina etmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. O təhqiredici ifadələr işlədərək onların qanuni əmrinə tabe olmamışdır. Bundan sonra Şəxs Şəki ŞRPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən zaman DİN BDYPİ Yol Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı X1 şahid X6 ilə oxşar məzmunda ifadə vermişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X3 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-283/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-283/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver