Məhkəmə qərarları › İş №3(075)-286/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-286/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-286/2023 06.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx xxx 1984-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş, 05 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 aprel 2023-cü il tarixində, saat 23:30 radələrində Şəki şəhəri Nakam küçəsində tapdığı narkotik vasitəni qəbul etmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 05 aprel 2023-cü il tarixdə, saat 23:30 radələrində Şəki ŞRPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Qüdrət Əlipaşayev və Şəki ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili polis mayoru Elmir Əliyev birlikdə xidmətdə olduqları zaman Şəki şəhəri, Nakam küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslə söhbət aparan zaman polis əməkdaşları həmin şəxsin hər hansısa narkotik vasitənin təsiri altında olduğu hiss etmiş və həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs olması müəyyən olmuşdur. Həmin şəxs həkim narkoloq tərəfindən yoxlanılan zaman onun narkotik vasitə olan marixuana qəbul etməsi aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 05 aprel 2023-cü il tarixdə saat təxminən 20:00 radələrində iftardan sonra yaşadığı küçəyə çıxaraq gəzməyə başlamışdır. Bu zaman küçədə salafan bükümdə olan narkotik vasitə olan marixuana tapmışdır. Daha sonra həmin bükülünü götürmüş, bükülünün içində olan narkotik vasitəni siqaretə dolduraraq çəkmişdir. Daha sonra yaşadığı evə qayıtmışdır. Evdə bir müddət oturduqdan sonra, saat təxminən 23:30 radələrində evdə ürəyi sıxıldığı üçün küçəyə çıxaraq, gəzməyə başlamışdır. Təxminən bir neçə dəqiqə sonra iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, ondan narkotik vasitə qəbul edibetmədiyini soruşmuşlar. O da cavabında polis əməkdaşlarına bir büküm narkotik vasitə hesab edilən marixuana qəbul etdiyini bildirmişdir. Daha sonra onu Şəki ŞRPŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ondan analiz götürülmüş və onun narkotik vasitə olan marixuana istifadə etdiyi məlum olmuşdur. Bildirmişdir ki, o, əvvəllər hər hansı narkotik vasitədən istifadə etməmişdir. İlk dəfə idi ki, narkotik vasitə istifadə etmişdir. Törətmiş olduğu əməlin səhv olmasını qəbul edir. Əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə dair söz verir. Ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsn, peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçərilməsi haqqında 06 aprel 2023-cü il tarixli, 03 nömrəli aktdan görünür ki, Şəxs sidiyində narkotik vasitə olan “Marixuana” aşkar edilmişdir. İşdə olan 29 mart 2023-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 05 aprel 2023-cü il tarixdə, saat 23:35-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar