Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-286/2025 13.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi X2 iştirakları ilə, X3 Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin 12 may 2025-ci i tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilən MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərdib edilmiş 12 may 2025-ci i tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilən MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, X21 Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən “Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti”nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X14 Xidməti” publik hüquqi şəxs yaradılmış və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X14 Xidməti” publik hüquqi şəxs və ştat cədvəli təsdiq edilmişdir. O cümlədən, X21 Sistemlərinin tələblərinə uyğun olaraq işçilərin ixtisarı aparılmış və bu zaman işçilərin əmək müqavilələrinə əvvəlcədən onlara edilmiş rəsmi xəbərdarlıq müddətləri bitdikcə xitam verilmişdir. Bu isə onu deməyə əsas verir ki, həmin işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işdənçıxma müavinəti, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr sonuncu iş günü ödənilməlidir. X21 Sistemlərinin İstismarı İdarəsi büdcə təşkilatıdır və tələb olunan vəsait vaxtında ayrılmadığına görə işdən çıxan işçilərə son haqq-hesabın həmin gün ödənilməsi mümkün olmamışdır. O cümlədən, ixtisara düşmüş işçilərdən olan X4 yuxarıda sadalanan halları nəzərə alaraq əmək müqaviləsinə xitam verilən zaman son haqq-hesabın əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətdə hesablanması və eyni zamanda ödənilməsi gecikməyə səbəb olmuşdur. Bununla bağlı olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə gecikməyə görə Azərbaycan Respubikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi bildirilmiş və həmin Məcəllənin 114.1.1-ci maddəsini rəhbər tutaraq haqqımda inzibati tənbeh verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 21 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və ona 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Barəsində tərtib olunmuş qərar ilə razılaşmır. Belə ki, diqqətə çatdırmaq istəyir ki, təsdiq olunmuş Əsasnaməyə əsasən X21 Sistemlərinin İstismarı idarəsi hüquqi şəxs deyil və “X14 Xidməti publik hüquqi şəxsin strukturuna daxildir. İdarənin istehsalat-təsərrüfat fəaliyyəti Xidmət tərəfindən ayrılan büdcə vəsaiti hesabına maliyyələşir. Belə olan halda, idarə tərəfindən kütləvi halda ixtisar olunan işçilərin son haqq-hesablarının həmin gün ödənilməsinin mümkün olmadığı nəzərə alınmalıdır. Habelə, Respublikanın bütün regionlarında eyni müddət ərzində minlərlə işçinin ixtisarının aparılması “X14 Xidməti” publik hüquqi şəxsin də bununla bağlı operativ qaydada vəsait ayırması büdcədən asılı olduğu üçün mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, Səbuhi Umarov şikayət ərizəsində son haqq-hesabın ödənilməsinin gecikdirilməsindən şikayətçi deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisəsinin bir tərəfi işəgötürən isə digər tərəfi əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçidir. İdarənin işçisi olmuş Səbuhi Umarovun isə son haqq-hesabın hesablanması və ödənilməsi ilə bağlı heç bir iddiası yoxdur. Deməli, bu Məcəllənin 288-ci maddəsinin d) bəndinə əsasən fərdi əmək mübahisəsinin predmeti də, yəni əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi qaydalarının pozulması ilə bağlı mübahisə predmeti də yoxdur. Şəki şəhər sakini X4 əsassız olaraq işdən azad edilməsi və yenidən işə bərpa olunmasına köməklik göstərilməsi ilə bağlı X13 Xidmətinə ünvanladığı müraciətinə baxılmasının nəticəsi olaraq son haqq-hesabın ödənilməsi halında inzibati xəta əlamətlərininn olmasının müəyyən edilməsini və bu səbəbdən X21 Sistemlərinin İstismarı İdarəsinin rəisi barəsində İnzibati xəta haqqında Protokol tərtib edilməsini, İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilməsini və onun 700 (yeddi yüz) manat inzibati cərimə olunmasını ədalətsiz hesab edirlər. X21 Sistemlərinin İstismarı İdarəsində işçilərin, o cümlədən, Səbuhi Umarovun ixtisarı müəssisənin öz təşşəbbüsü ilə aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən “Azərbaycan Meliorasiya və X22 Səhmdar Cəmiyyəti”nin çevrilmə formasında yenidən təşkili yolu ilə “X14 Xidməti” publik hüquqi şəxs yaradılmış və Agentliyin müvafiq əmri ilə “X14 Xidməti” publik hüquqi şəxsin strukturu və ştat cədvəli təsdiq edilmişdir. O cümlədən, X21 Sistemlərinin İstismarı İdarəsində də təsdiq olunmuş ştat cədvəli əsas götürülməklə qanunvericiliyin tələblərinə uyğun olaraq işçilərin ixtisarı aparılmış və bu zaman işçilərin əmək müqavilələrinə əvvəlcədən onlara edilmiş rəsmi xəbərdarlıq müddətləri bitdikcə xitam verilmişdir. Səbuhi Umarovun da əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericliyinin tələblərinə ciddi əməl olunmuşdur. Araşdırmanın nəticəsi olaraq Səbuhi Umarova, Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) Aparatına və X13 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinə rəsmi cavab məktubu göndərilmişdir. “X14 Xidməti” publik hüquqi şəxsdən verilən tapşırığa əsasən yeni yaradılan X21 Sistemlərinin İstismarı İdarəsinin qısa müddət ərzində formalaşması üçün işçilərin ixrisarı sürətlə aparılmışdır. Belə ki, 2024-cü ilin sentyabr ayının 18-də 62 nəfər, 19-da 1 nəfər, 20- də 11 nəfər, 23-də 16 nəfər. 26-da 15 nəfər, oktyabrın 2-də 1 nəfər, 4-də 15 nəfər, 7-də isə 36 nəfər olmaqla 20 gün ərzində 157 nəfər işçinin əmək müqavilələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. Deməli, həmin işçilərin hər birinə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, İşdənçıxma müavinəti, işçiyə ödənilməli olan əmək haqqı və digər ödəmələr sonuncu iş günü ödənilməlidir. Əgər nəzərə aisaq ki, həmin 20 günün 6 günü şənbə və bazar günlərinə təsadüf edir, qalan 14 günün 8 günündə 157 nəfər işçinin işdən çıxması barədə əmrlərinin verilməsinin, həmin işçilərə son haqq-hesabın son iş günü ərzində hesablanıb ödənilməsinin nə qədər çətin olduğunu təsəvvür etmək olar. Təsdiq olunmuş Əsasnaməyə əsasən X21 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs deyil və büdcə təşkilatı olmaqla “X14 Xidməti” publik hüquqi şəxsin strukturuna daxildir. İdarənin istehsalat - təsərrüfat fəaliyyəti Xidmət tərəfindən ayrılan büdcə vəsaiti hesabına maliyyələşir. Belə olan halda, idarə tərəfindən kütləvi halda ixtisar olunan işçilərin son haqq-hesablarının həmin gün ödənilməsinin mümkün olmadığı nəzərə alınmalıdır. Respublikanın bütün regionlarında eyni müddət ərzində minlərlə işçinin ixtisarının aparılması “X14 Xidməti" publik hüquqi şəxsin də bununla bağlı operativ qaydada vəsait ayırması büdcədən asılı olduğu üçün mümkün olmamışdır. İxtisarın aparıldığı müddət ərzində X21 Sistemlərinin İstismarı İdarəsinə birləşdirilən X15 İdarəsi, "xxxx" X23 Cəmiyyəti və 6 nömrəli Regional Sukanal idarəsi eyni vaxtda fəaliyyətlərini davam etdirmişdir. Belə ki, X15 İdarəsindən ixtisara düşmüş Səbuhi Umarovun işdən çıxma əmrində bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etmək baş mühasibə tapşırılmışdır. Deməli, S.Umarovun son haqqhesabının hesablanmasına və ödənilməsinə bilavasitə cavabdeh X15 idarəsinin baş mühasibi olmuşdur. Həmin dövrdə baş mühasib vəzifəsində işləmiş şəxs 25 dekabr 2024cü il tarixdə, idarənin rəisi isə 01 oktyabr 2024-cü il tarixdə “X14 Xidməti” publik hüquqi şəxsin müvafiq əmrləri ilə işdən azad edilmişlər. Halbuki, Səbuhi Umarov 20 sentyabr 2024-cü ildə işdən azad edilmişdir. Belə qənaətə gəlmək olar ki, inzibati xəta halının baş verməsinə səbəbkar olanlar həmin şəxslərdir və məsuliyyəti də onlar daşımalıdırlar. Həmin dövrdə X21 Sistemlərinin İstismarı İdarəsinə yeni təyin olunan rəis əsasən idarənin yenidən qurulması, formalaşmaası, işçilərin komlektləşdirilməsi və digər zəruri işlərlə məşğul olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalətlilik prinsipi əsas götürülməlidir. Belə ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu maddənin ikinci bəndinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə çəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə inzibati məsuliyyətə cəlb olunur. Belə ki, eyni məzmunlu inzibati xətaya görə hal-hazırda idarədə mühasib vəzifəsində işləyən X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə 02 dekabr 2024-cü il tarixdə İnzibati tənbeh vermə haqqında Qərar qəbul edilmiş və o, 700.00 manat məbləğində inzibati cərimə olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, S.Umarovun da gecikən son haqq-hesabı 10 oktyabr 2024-cü il tarixdə, başqa şəxsə ödənilən və buna görə inzibati cərimə tətbiq edilən son haqq-hesabla eyni gün ödənilmiş və bu hala görə də, inzibati cərimə tərbiq edilmişdir. Yəni, həmin tarixdən sonra inzibati xəta halı baş verməmişdir. Buradan, belə qənaətə gəlmək olar ki, burada uzanan inzibati xəta halı yoxdur və bu səbəbdən Müfəttişliyin inzibati məsuliyyətə cəlb etmə barədə qərarını ədalətli hesab etmirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində qeyd edilir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Amma, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində qeyd edilir ki, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Deməli, qəbul etmək olar ki, burada uzanan inzibati xəta yoxdur. Yəni, Səbuhi Umarovun son haqq-hesabı 10 oktyabr 2024-cü il tarixdə ödənilməklə inzibati xəta aradan qaldırılıb və həmin müddətdən də 8 aydan çox vaxt keçib. Məhz bu səbəbin İnzibati tənbeh vermə haqqında Qərarın ləğv olunmasında əsas kimi nəzərə alınmasını xahiş edirlər. Səbuhi Umarov şikayət ərizəsində son haqq-hesabın ödənilməsinin gecikdirilməsindən şikayətçi deyil. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisəsinin bir tərəfi işəgötürənsə, digər tərəfi əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçidir. X15 İdarəsinin işçisi olmuş Səbuhi Umarovun isə son haqq-hesabın hesablanması və ödənilməsi ilə bağlı heç bir iddiası yoxdur və o, şikayət ərizəsində son haqq-hesabın gecikdirilməsinin araşdırılması ilə bağlı heç bir tələb də irəli sürməmişdir. Deməli, bu Məcəllənin 288-ci maddəsinin d) bəndinə əsasən fərdi əmək mübahisəsisinin predmeti də, yəni əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi qaydalarının pozulması ilə bağlı mübahisə predmeti də yoxdur. Məhkəmədən bu faktı da nəzərə almalarını xahiş edirlər. X13 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin rəhbərliyi X21 Sistemlərnin İstismarı İdarəsinin rəisi barədə cərimə tətbiq edərkən real vəziyyəti tam araşdırmamış, mövcud faktları nəzərə alınmamış və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, bütün yuxarıda qeyd olunanları nəzərə alaraq, X13 Xidmətinin Şəki-Zaqatala Regional şöbəsinin rəhbərliyi tərəfindən X21 Sistemlərinin İstismarı İdarəsinin rəisi barədə qəbul edilən 21 may 2025-ci il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarın və 700 (yedi yüz) manat inzibati cərimənin ləğv edilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X7 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, oun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi X8 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, X4 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesabı əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətdə ödənilməmiş, nəticədə X7 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabı əmək qanunvericiliyində nəzərdə tutulmuş müddətdə ödənilməmiş, nəticədə X7 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Əmək müqaviləsinin ləğv edilməsi haqqında çıxarışın surətindən görünür ki, X5 X6 3 il 3 ay 21 gün əmək stajı olduğuna görə orta yalıq əmək haqqının 1,4 misli miqdarıdna işdənçıxarma müvainəti verilsin, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim günü pul əvəzi ödənilsin. - xx.xx.2024-cü il tarixdə X15 İdarəsi tərəfindən Ştat vahidinin ixtisara düşməsi barədə xəbardarlığın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqları saxlanılmaqla özünə iş yeri axtarması üçün X9 bir iş günü işdən azad edilmişdir. Xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda razılığı olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, X1 Səbuhi Mustafa oğlu ilə bağlanmış müqaviləyə xx.xx.2025-ci il tarixli əmrlə xitam versə də, son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Şikayətçi bunun əsası kimi eyni anda çoxsaylı işçinin işdən çıxarılması səbəbindən və işdən çıxarıldıqdan sonra son haqq-hesabın verilməsi ilə bağlı müraciət etmələri və vəsaitin onların hesabına göndərilməsinin müəyyən vaxt tələb etməsi səbəbindən son haqq-hesabın verilməsinin gecikdirildiyini bildirmişdir. Göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən "xxxx" ASC-nin çevrilməsi səbəbindən ştat vahidlərinin ixtisar edilməsi ilə bağlı əmək müqaviləsinin ləğv ediləcəyi qeyd edilmiş və Səbuhi Umarova iş axtarması üçün Əmək Məcəlləsində nəzərdə tutulan qaydada vaxt veriləcəyi də bildirilmişdir. Yəni işəgötürən artıq Səbuhi Umarovu hansı tarixdən işdən çıxaracağını bildiyi halda, son haqq-hesabın ödənilməsi ilə bağlı müraciəti işdən çıxarılma əmri verildikdən sonra göndərmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, X3 şikayətində qeyd olunan 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, X7 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində tərtib edilmiş 12 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilən MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin olunmasın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-286/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-286/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver