Məhkəmə qərarları › İş №3(075)-287/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-287/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-287/2022 09.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi: X6, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 iştirakları ilə, X1 Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayət ərzəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanda iribuynuzlu inəklər saxlamaqla fərdi təsərrüfatla məşğul olur. 2015-ci il tarixdən 1-ci qrup əlildir və 430 manat müavinət alır. Bildirmişdir ki, uzun müddətdir ki, yaşadığı ünvanda inəklər saxlayaraq onlardan aldığı süd və qatığı satmaqla ailəsini dolndırır. Bildirmişdir ki, inəkləri örüşə sürmür. İnəklərin balalarını böyüdərək satır. Buna görə də onun həyətində adətəh 3-4 mal olur. Bildirmişdir ki, həmin heyvanların çirkabını tez-tez təmizləyir və sərhəddə olan qonşular onun mal qara saxlamasından narazı deyillər. Lakin, onun yaşadığı ünvandan bir ev aralı yaşayan X9 ona heç bir xəbərdarlıq etmədən qapısına hücüm çəkmiş və malların iyindən dözə bilmədiyini aqressiv ona bildirmişdir. X3 da ondan şikayətçi olmuşdur. Buna görə də onlar bu barədə Şəki ŞRPŞ-nə şikayət etmişlər. Göstərmişdir ki, şikayət edən şəxslər özləri belə 7 il müddətində ondan qatıq və süd məhsulları almışlar. Bundan sonra barəsində araşdırma aparılmış və Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X12 14 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə onun tərəfindən İXM-nin 290.1.1-ci maddəsinin tələblərini pozduğuna görə onu 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, o, İXM-nin 290.1.1-ci maddəsinin tələblərini pozmuşdur. O, özünə məxsus iribuynuzlu heyvanı qadağan olunmuş yerlərdə saxlamamışdır. Ərizəni müdafiə edir. Ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X12 göstərmişdir ki, Şəki ŞRPŞ-nə X5 və X10 şikayəti daxil olmuşdur. Onlar şikayətində göstərmişlər ki, qonşusu X4 şəhəri, S.Rəhman küçəsində olan evində iribuynuzlu heyvanlar saxlayaraq anti-sanitariya vəziyyəti yaradaraq ətrafa pis qoxuların yayılmasına səbəb olur. Onlar şikayətlərində həmçinin göstərmişlər ki, yaşadıqları evdə iydən və qoxudan otura bilmirlər. Bununla bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, X4 şəhəri, S.Rəhman küçəsi, 5/8 saylı evin həyətində 2 iribuynuzlu mal saxlayır. Bildirmişdir ki, S.Rəhman küçəsi Şəki şəhərinin mərkəzi küçələrindən biridir. Şəhər və şəhər tipli qəsəbələrdə iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qanunla qadağan edidiyindən o X11 barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edərək 14 may 2022-ci il tarixli, MN ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarla X8 Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. Hesab etmişdir ki, qəbul etmiş olduğu qərar qanunidir. Şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sənədləri araşdıraraq məhkəmə hesab edir ki, X1 şikayəti əsaslı deyildir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərarının təsdiq edilmiş surətindən görünür ki, X11 yaşadığı ünvanda 2 ədəd iri buyuzlu heyvan və balalarını saxlamaqla, qonşuluqda yaşayan şəxsləri narahat etdiyindən ev heyvanlarının saxlanması və yemlənməsi qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilmişdir. İXM-nin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə şəxs iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 mart 2011-ci il tarixli, 38 saylı qərarının 4.4.5-ci bəndinə əsasən şəhərdə və şəhərtipli qəsəbələrdə ayrı-ayrı yaşayış sahələrində çoxmərtəbəli binaların arasında iri və xırda buynuzlu heyvanların yetişdirilməsi, saxlanması qadağandır. Göründüyü kimi X11 yaşadığı Şəki şəhəri, S.Rəhman küçəsi, 5/8 saylı evin həyətində 2 ədəd iri buyuzlu heyvan və balalarını saxlamaqla, ev heyvanlarının saxlanması və yemlənməsi qaydasını pozmuş, beləliklə də İXM-nin 290.1.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, müəyyən olunur ki, X11 2 ədəd iri buyuzlu heyvan və balalarını Şəki şəhərinin mərkəzi küçələrində saxlamaqla yetişdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X6 barəsində Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli «İnzibati tənbeh vermə haqqında» qərar qanuni və əsaslıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, X6 Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi X7 14 may 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar