Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-288/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X1 iştirakı ilə, “xxxx” MMC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, “xxxx” MMC nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə “xxxx” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, “xxxx” MMC ona məxsus nəqliyyat vasitəsinin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, “xxxx” MMC ona göndərilmiş məktub-bildirişi 22.04.2021-ci il tarixdə almışdır. “xxxx” MMC ona göndərilmiş bildirişi 22.04.2021-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Buna görə də xxxx” MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 24 may 2021-ci il tarixdə inzibati protokol tərtib edilmşdir. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş “xxxx” MMCməhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X2 tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli, AP-0169552 seriya nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “xxxx” MMC tərəfindən Shacman-yük markalı, ** AC *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsindəolan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, “xxxx” MMC-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, “xxxx” MMC ona göndərilmiş məktub-bildirişi 22.04.2021-ci il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində xxxx” MMC-yə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 24 may 2021-ci il tarixdə inzibati protokol tərtib edilmşdir. Məhkəmə xxxx” MMC-nə Azərbaycan Respublikası İXM-nin 347-ci-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : “xxxx” MMC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-288/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-288/2021
08.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver