Məhkəmə qərarları › İş №3(075)-288/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-288/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-288/2023 17.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, X1 iştirakı ilə X1 DYNPİ-nin rəisinin xidmət üzrə müavini X4 tərəfindən barəsində qəbul edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, DYNPİ-nin İTŞ tərəfindən yazılmış ******* saylı xx.xx.2023-cü il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbəh vermə haqqında qərarın ləğv edilərək barəsində olan işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, 01 mart 2023-cü il tarixdə Bakı şəhəri, 28 may metrosu ərazisində Şəki şirniyyatları satmaq istəmişdir. İstirahət etmək üçün çantasını yerə qoymuş və ondan başqa ticarətlə məşğul olan insanları seyr etməyə başlamışdır. Ticarətə başlamadan öncə orada satışa icazə olub-olmamasını öyrənmək istəyirdi. O an həmin ticarətlə məşğul olan adamların qarşısında 2-3 nəfər polisin hərəkət etdiyini görmüşdür. O polis əməkdaşlarının ticarətlə məşğul olan şəxslərə manə olmadığından əmin olaraq, 4 ədəd Şəki halvası, 3 klekta yumurta, 3 qutu bamiyə və 15-20 ədəd kojiki apardığı qabın üzərinə düzmüşdür. Bundan 10 dəqiqə keçməmiş, 1 manata iki kojik satmışdır ki, polis əməkdaşları ona yaxınlaşaraq məhsullarını yığışdırıb, oradan getməsini bildirmişdir. O da polis əməkdaşlarına ondan başqa 10-15 nəfərin ticarətlə məşğul olduğunu qeyd etmişdir.Lakin onlar yenədə onun həmin yerdən getməyini tələb etmişlər. O isə sadəcə olaraq 10-15 metr kənarda apardığı Şəki məhsullarını satmaq istəmişdir. Polis əməkdşalarına digər şəxslər hansı qanuni yolla iş görürlərsə, o da həmin yolla ticarətini etmək istədiyini bildrimişdir. Bu zaman onun qarşısında ticarətlə məşğul olduğu muzeyin muhafizəçisi ona yaxınlaşmışdır. Ona təhqir edici ifadələrlə davranaraq və zər tətbiq edərək məhsullarını iki adamın köməyi ilə uzaqlaşdırmışlar. O da həmin davranışlara dözməyib DİN-in 102 qaynar xəttinə zəng vurmuşdur. DİN-in 102 qaynar xətti ondan şirniyyatçı olduğunu soruşmuş və o da təsdiqləmişdir. Bunun prinsipi nəticəsində, qərəzli olaraq onu DYNPİ-nin polis bölməsinə gətirmişlər. Onun barəsində protokol tərtib etmişlər. Protokol tərtib edən şəxs polis mayoru Əhmədov Kamrana kiraəyədə qaldığını, kirayə pulunu çətinliklə ödədiyini, xəstə olduğunu və əməliyyat olacağını bildirmiş və protoklu yazmamasını xahiş etmişdir. O da hiss etdirdi ki, protokolu yazmayada bilər. Onunla mülayim danışaraq mükün olmadığını və hadisə yerində 10-20 manat versəydi bunların olmayacağını bildirmişdir. Lakin bunların qarşılığında o yenədə onlara pul təklif etməmişdir. Bu prinsiplədə ona kömək etməmiş və 80 manat cərimə yazmışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq X6 və inzibati xəta haqqında protokolundan şikayət verilmiş DYNPİ-nin İTŞ-nin rəis müavini, polis mayoru X7 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə X3 və inzibati xəta haqqında protokolundan şikayət verilmiş DYNPİ-nin İTŞ-nin rəis müavini, polis mayoru X5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 01 mart 2023-cü il tarixdə, saat 15:30 radələrində Bakı şəhəri, 28 may metrosunun qarşısında küçə ticarəti ilə məşğul olmuşdur. İş materiallarında olan 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə İş materiallarını tədqiq edərək, onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə səksən manat məbləğində cərimə edilir. X1 məhkəməyə təqdim etdiyi ərizəsində DYNPİ-nin İTŞ-nin rəis müavini, polis mayoru X7 tərəfindən barəsində tərtib edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt qanunsuz küçə ticarəti ilə məşğul olmaması işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş ərizəsindən X3 01 mart 2023-cü il tarixdə Bakı şəhəri, 28 may metrosu ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olması müəyyən edilmişdir. Bu hal iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmış, X6 özü də məhkəməyə ünvanladığı ərizəsində törətdiyi inzibati xətanı etiraf etmiş, lakin ondan başqa digər şəxslərin də küçə ticarəti ilə məşğul olduğunu və onların cərimə edilmədiyi üçün onun barəsində tərtib edilmiş protokolun əsasız olduğunu bildirmişdir. Göründüyü kimi şikayətçi X6 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayət ərizəsinə əlavə etməmişdir. Beləliklə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olmasını qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. X1 şikayət ərizəsində qeyd etdiyi DYNPİ-nin rəisinin xidmət üzrə müavini X4 tərəfindən barəsində tərtib edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X3 DYNPİnin rəisinin xidmət üzrə müavini X4 tərəfindən barəsində qəbul edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməs ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 DYNPİ-nin rəisinin xidmət üzrə müavini X4 tərəfindən barəsində tərtib edilmiş 01 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar