Məhkəmə qərarları › İş №3(075)-289/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-289/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-289/2022 06.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin YPX tərəfindən onun barəsində tərtib edilmiş 18 dekabr 2016-cı il tarixli, İXP 690327 nömrəli və 28 dekabr 2016-cı il tarixli, İXP 709137 nömrəli inzibati xəta haqqında protokolların ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin YPX tərəfindən onun barəsində tərtib edilmiş 18 dekabr 2016-cı il tarixli, İXP 690327 nömrəli, 28 dekabr 2016-cı il tarixli, İXP 709137 nömrəli inzibati xəta haqqında protokollar əsasında cərimə olunması barədə çıxarılmış qərarların qanuni qüvvəyə mindiyi tarixdən 5 ildən artıq müddət keçdiyindən, həmin cərimələrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Zaz 968 M markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün barəsində xx.xx.2016-cı il tarixdə İXP-690327 nömrəli və xx.xx.2016-cı il tarixdə isə İXP-709137 nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək cərimə olunmağı barədə müvafiq qərarlar qəbul edilmişdir. Lakin, onun maddi vəziyyəti aşağı olduğu üçün həmin cəriməni bugünədək ödəməmiş, həmçinin həmin protokollar icraya yönəldilməmişdir. Ərizənin təmin edilməsini, inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki ŞRPŞ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. İşdə olan 18 dekabr 2016-cı il tarixli İXP seriyalı, 690327 saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilmişdir. İşdə olan 28 dekabr 2016-cı il tarixli İXP seriyalı, 709137 saylı inzibati xəta haqqın protokoldan görünür ki, X4 İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilmişdir. İşdə olan Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsindən xx.xx.2022-ci və xx.xx.2022ci il tarixlərində daxil olmuş xx.xx.2022-ci il tarixli, 3(075)-289/2022 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 Bölməsində ciddi hesabat blanklarının uçotu, sərfi, qalığının təftişi zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən saxlama müddəti bitmiş sənədlər yandırılmaqla məhv edilmişdir. Bu səbəbdən də, vətəndaş X4 barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 Bölməsinin yol patrul xidməti əməkdaşları tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş İXP-690327 nömrəli və xx.xx.2016-cı il tarixdə tərtib edilmiş İXP-709137 nömrəli inzibati xəta haqqında protokollar və toplanmış materialların məhkəməyə göndərilməsi mümkün deyildir. İşdə olan Şəki rayon İcra və Probasiya şöbəsindən daxil olmuş məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(075)-289/2022 saylı sorğusuna cavab olaraq bildirilmişdir ki, X4 barəsində Şəki ŞRPŞ-nin DYPB-i tərərəfindən tərtib edilmiş xx.xx.2016-cı il tarixli, İXP 690327 saylı və xx.xx.2016-cı il tarixli, İXP 709137 saylı inzibati protokollar üzrə qərarlar indiyə qədər şöbənizin icraatına daxil olmamışdır. X5 barəsində hər-hansı icra sənədi indiyə qədər şöbənizin icraatına daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 145.1.3-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 146.1-1-ci maddəsinə əsasən İnzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüyü kimi X4 Azərbaycan Respublikası İXM-nin 332.2-ci və 332.3-cü maddələrinin tələblərini pozduğu üçün barəsində 18 dekabr 2016-cı il tarixli, İXP seriyalı 690327 saylı və 28 dekabr 2016-cı il tarixli, İXP seriyalı 709137 saylı inzibati xəta haqqında protokollar üzrə hər hansı qərar qəbul edilməmiş və həmin qərarlar icra edilməmişdir. İnzibati xəta haqqında protokolların tərtib edilməsindən 5 il müddət keçməsinə baxmayaraq cərimələr X4 tərəfindən ödənilməmişdir. İXM-nin 145.1.3-cü maddəsinin tələbinə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş icra müddəti keçdikdə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə qərardad qəbul edilir. İXM-nin 146.1-1-ci maddəsində göstərilir ki, izbati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Şəki ŞRPŞ-nin YPX tərəfindən tərtib edilmiş 18 dekabr 2016-cı il tarixli, İXP 690327 nömrəli, 28 dekabr 2016-cı il tarixli, İXP 709137 nömrəli inzibati xəta haqqında protokollar üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130, 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 Şəki ŞRPŞ-nin YPX tərəfindən onun barəsində tərtib edilmiş 18 dekabr 2016-cı il tarixli, İXP 690327 nömrəli, 28 dekabr 2016-cı il tarixli, İXP 709137 nömrəli inzibati xəta haqqında protokollar üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar