Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-289/2023 07.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, 18 noyabr 1987-ci il tarixdə Şəki rayonu, Baltalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib edilmiş, 06 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 aprel 2023-cü il tarixində, saat 15:30 radələrində Şəki rayonu, Baltalı kəndində narkotik vasitə olan marixuana istifadə etmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 06 aprel 2023-cü il tarixdə Şəki ŞRPŞnin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı Qüdrət Əlipaşayev və Şəki ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Fikrətli Fikrət birlikdə xidmətdə olduqları zaman Şəki rayonu, Qoxmuq kənd ərazisində, magistral yolun kənarın yerləşən sərnişin dayanacağında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Polis əməkdaşları həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslə söhbət aparan zaman polis əməkdaşları həmin şəxsin hər hansısa narkotik vasitənin təsiri altında olduğu hiss etmiş və həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Şəki ŞRPŞ-də həmin şəxsin Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs olması müəyyən olmuşdur. Həmin şəxs həkim narkoloq tərəfindən yoxlanılan zaman onun narkotik vasitə olan marixuana qəbul etməsi aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o, 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sahil qəsəbəsində parkda dostunu gözləyən zaman parkda olan skameykaların birinin altında kibrit qutusunun olduğunu görümüş, həmin kibrit qutusunu açdığı zaman, kibrit qutusunun içərisində yaşıl rəngli təsir edici qoxuya malik olan qurudulmuş ot olduğunu görmüşdür. O, həmin kibrit qutusunu götürərək özü ilə Şəki şəhərinə gətirmişdir. Bildirmişdir ki, 06 aprel 2023-cü il tarixdə, saat 15:30 radələrində Şəki rayonu, Qoxmuq kənsi ərazisində magistral yolun kənarında yaşadığı Şəki rayonu, Baltalı kəndinin giriş hissəsində yerləşən dayanacaqda tək oturduğu zaman siqaretin tütününü boşaldıb içərisinə Bakı şəhərində parkda tapdığı narkotik vasitə olan marixuananı həmin siqaretin içərisinə doldurmuş və 2, 3 tüstü çəkmişdir. Lakin həmin maddədən xoşu gəlmədiyi və özünü narahat hiss etdiyinə görə tullamışdır. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu, Şəki ŞRPŞ-nə dəvət etmişlər. Polis şöbəsində yoxlanılan zaman onun narkotik vasitə olan marixuanadan istifadə etməsi aşkar olmuşdur. O, ilk dəfədir ki, narkotik vasitədən istifadə etmişdir. Törətmiş olduğu əməlin səhv olmasını qəbul edir. Əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə dair söz verir. Atası 1-ci Qarabağ müharibəsi qazisidir. Ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, atasının İ Qarabağ Müharibəsi qazisi olmasını nəzərə alaraq, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli X3 Mərkəzinin narkotest (12 parametr) analizindən görünür ki, Şəxs sidiyində narkotik vasitə olan “Marixuana” aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə də Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-289/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-289/2023
07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver