Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-289/2025 17.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, X1 barəsində tərtib edilmiş 02 iyun 2025-ci il tarixli EQ 28307563 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayət ilə məhkəməyə müraciət edərək, EQ 28307563 nğmrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə barədə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini və müvafiq pozuntulara yol verməklə həmin qərarı qəbul edən şəxslər barədə qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, X2 xeyli müddətdir Şəki Regional Vəkil Bürosunda vəkillik fəaliyyəti ilə məşğuldur və Oğuz şəhərində yaşadığı üçün hər gün şəxsi nəqliyyat vasitəsi ilə icraatındakı işlərin icrası ilə bağlı Şəki şəhərində yerləşən Şəki Regional Vəkil Bürosuna gəlib-gedir. xx.xx.2025-ci il tarixdə, günorta saatlarına yaxın “Asan Pay” üzərindən istifadəsindəki və ona məxsus ***-***-**-** mobil nömrəyə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 122.4-cü kilometrliyində (Şəki rayonu Göybulaq kəndi ərazisində yerləşən yol polisi postunda) İXM-nın 329.1-ci maddəsi ilə, təhlükəsizlik kəməri bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə **-FO-*** dövlət nömrə nişanlı “X4” minik markalı avtomaşınının 40 ( qırx) manat məbləğində inzibati qaydada cərimə edilməsiylə bağlı sms bildiriş göndərilmişdir. Həmin sms-də artıq barəsində elektron formada EQ 28307563 saylı qərarın tərtib olunması və dərhal həmin qərarın qüvvəyə minməsi göstərilmişdir. Hesab edir ki, həmin cərimə tam olaraq qanunsuz və əsassızdır. Belə ki, o, hər gün Oğuzdakı yaşayış ünvanından Şəki şəhərinə gəlmək üçün səhər saat 08:05-08:10 radələrində yola düşür. Oğuzla Şəki şəhəri arasındakı məsafənin 35-40 km olduğunu nəzərə alsaq həmin məsafəni 5-10 dəqiqəyə gəlmək mümkün deyildir. Bu qeyri-mümkün olan bir haldır. Ən azından Şəki şəhərinə gəlmək üçün 25-30 dəqiqə vaxt sərf olunur. Bundan əlavə isə Şəki şəhərinə gəlib çatanadək Oğuz rayonunun Calud kəndi ərazisindən başlayaraq Şəki istiqamətinə gələn magistral yolun bir neçə yerində müşahidə kameraları və pozuntuları elektron qaydada qeydə alaraq sənədləşdirən elektron texniki nəzarət vasitələri mövcuddur. Ona göndərilmiş sms məlumatda isə hadisənin Şəki rayonu Göybulaq kəndi ərazisində yerləşən yol polisi postunda törədildiyi əks olunmuşdur. Ümumiyyətlə o, həmin postun ərazisindən keçmir və istifadəsindəki ona məxsus ***-***-**-** mobil nömrənin xx.xx.2025-ci il tarixdə 08:12 radələrində anten dairəsinin müəyyən edilməsi üçün müvafiq mobil rabitə operatoruna sorğu göndərilsə, həmin vaxtı Oğuz rayonunun Calud və ya Bucaq kəndi ərazisində olduğunu müəyyən edə bilər. Göründüyü kimi bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Onun həmin orqanın (qurumun) informasiya sisteminə inteqrasiya oldunduğunu əks etdirən elementlərdən biri də foto və videoçəkilişlərin hansı texniki vasitə ilə qeydə alındığını müəyyən etməkdir. Bütün foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr həmin pozuntunu qeydə alan zaman onun qeydə alınma tarixi və real vaxtı foto və ya video çəkilişin özündə real olaraq əks olunmalıdır. Onun “Asan Pay” kabinetinə göndərilmiş 3 fotoşəkildə isə nə onların qeydə alınma yeri, nə qeydə alınma vaxtı və qeydə alındığı texniki vasitənin növü, standartı və digər məlumatları əks olunmamışdır. Müvafiq şəkillər isə çox keyfiyyətsizdir. Hesab edir ki, həmin foto şəkillər sonradan hansısa bir videoçəkilişdən telefon və ya planşet vasitəsi ilə çəkilərək müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə inteqrasiya olunmasından ötrü məqsədli şəkildə həmin sistemə yerləşdirilmiş və ya ötürülmüşdür. X2 məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28307563 saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28307563 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 329.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X1 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, X1 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, şikayətçi tələbində müvafiq pozuntulara yol verməklə həmin qərarı qəbul edən şəxslər barədə qanunauyğun tədbirlər görülməsini xahiş etmişdir ki, İXM-də məhkəmənin belə bir səlahiyyəti müəyyən edilmədiyindən həmin hissədə şikayət təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28307563 nömrəli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldi : Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair 02 iyun 2025-ci il tarixli, EQ seriyalı, 28307563 nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-289/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-289/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver