Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-290/2022 01.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxx 1960-cı ildə Laçın rayonu, Nağdalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Laçın rayonu, Nağdalı kəndində kəndində qeydiyyatda olmaqla, Şəki rayonu, Çeşməli kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 26.05.2022-ci il tarixdə 1 baş iri buynuzlu heyvanını nəzarətsiz magistral yolun kənarına buraxmasına, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayına məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş 27.05.2022-ci il tarixli, İXP-4662094 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26.05.2022ci il tarixdə Şəki rayonu ərazisində 1 baş iri buyuzlu heyvanını asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxaraq, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 26 may 2022-ci il tarixdə axşam çağında bərk sağnak yağış yağmışdır. Həmin vaxt onlara məxsus olan bir baş iri buynuzlu malı buğaya (hörə) gəldiyi üçün saxlandığı yerdən çıxaraq qaçıb getmişdir. Həmin heyvanın izinə düşərək hara getməsini aydınlaşdırmaq istəmişdir. Heyvanın izi ilə bir müddət getdikdən sonra görmüşdür ki, həmin inəyi asfalt örtüklü yola qaçan zaman hərəkətdə olan toyota markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Həmin zaman avtomobilin sahibi də orada olmuşdur. Qəza nəticəsində inəyi tələf olmuşdur. Bundan sonra avtomobilin sahibinin təklifi ilə “Ala Qapı” adlanan DYP-postuna getmişlər. Orada onların izahatı alınmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Belə ki, işdə olan zərərçəkmiş şəxs X1 26.05.2022-ci il tarixli izahatından görünür ki, 26 may 2022-ci il tarixdə idarə etdiyi özünə məxsus olan “Toyota Corolla” markalı, **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu istiqamətindən Bakı şəhəri istiqamətində hərəkət edərkən Şəki rayonu giriş yolunun 5 km-də saat 01:30 radələrində yolun sağ hissəsindən yolun hərəkət hissəsinə qəflətən anidən bir baş iri buynuzlu inək çıxmışdır. Avtomobili saxlamağa çalışsa da, məsafə yaxın olduğundan idarə etdiyi avtomobillə inəyi vurmuşdur. Hadisə baş verən zaman heç bir xəsarət alan olmamışdır. Avtomobillə vurduğu mal tələf olmuşdur. Ona məxsus olan avtomobilə də maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs 26.05.2022-ci il tarixdə saat 01:30 radələrində, özünə məxsus olan bir baş iri buynuzlu mallı asfalt örtüklü magistral yolun kənarında nəzarətsiz buraxmış, nəticədə həmin bir baş iri buynuzlu heyvan X2 məxsus avtomobilə çırpılmış və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-290/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-290/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver