Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-291/2022 31.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 31.05.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-67/2020 saylı, 13.03.2020-ci il tarixli icra sənədinə əsasən X5 ilə borclu Şəxs arasında 18 iyun 2013-cü il tarixdə bağlanmış 161 nömrəli nikah pozulmalı, tərəflərin birgə nikahdan olan uşaqları - 06 iyul 2014-cü il təvəllüdlü X6 və 24 yanvar 2017-ci il təvəllüdlü X7 anaları X1 yanında saxlanılmalı, 06 iyul 2014-cü il təvəllüdlü X6 və 24 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq X4 verilməli, aliment tutulmasının əvvəli 12 sentyabr 2019-cu il tarixdən hesablanmalı, Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-67/2020 saylı, 13.03.2020-ci il tarixli icra sənədinə əsasən X5 ilə borclu Şəxs arasında 18 iyun 2013-cü il tarixdə bağlanmış 161 nömrəli nikah pozulmalı, tərəflərin birgə nikahdan olan uşaqları - 06 iyul 2014-cü il təvəllüdlü X6 və 24 yanvar 2017-ci il təvəllüdlü X7 anaları X1 yanında saxlanılmalı, 06 iyul 2014-cü il təvəllüdlü X6 və 24 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Şəxs hər ay, hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq X4 verilməli, aliment tutulmasının əvvəli 12 sentyabr 2019-cu il tarixdən hesablanmalı, Şəxs 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bildirmişdir ki, İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə məqsədi ilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinət əşyası aşkar edilməmişdir. Borclu Şəxs icra sənədində qeyd edilən ünvanda yaşamadığı müəyyən edilmiş və 12.05.2022-ci il tarixdə barəsində axtarış elan edilərək qərar icrası üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Borclu Şəxs 31.05.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu Şəxs 31.05.2022-ci tarixdə izahat alınmışdır. Borcluya hal-hazırda 4320 manat aliment borcunun olduğu bildirilmiş və həmin aliment borcundan hər hansı ödəniş edə biləcəyi sorulmuşdur. Şəxs isə izahatında hal-hazırda hər hansı ödəniş etmək imkanının olmadığını və 05.06.2022-ci il tarixində yığılmış aliment borcundan 240 manat ödəyə biləcəyini bildirmişdir. Bununlada keçən bir il müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla 31.05.2022ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmiş və sonra 16:00-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-67/2020 saylı, 13.03.2020-ci il tarixli icra sənədinə əsasən X5 ilə onun arasında 18 iyun 2013-cü il tarixdə bağlanmış 161 nömrəli nikah pozulmalı, tərəflərin birgə nikahdan olan uşaqları - 06 iyul 2014-cü il təvəllüdlü X6 və 24 yanvar 2017-ci il təvəllüdlü X7 anaları X1 yanında saxlanılmalı, 06 iyul 2014-cü il təvəllüdlü X6 və 24 yanvar 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay, hər uşaq üçün sabit pul məbləğində 120 manat olmaqla, cəmi 240 manat aliment tutularaq X4 verilməli, aliment tutulmasının əvvəli 12 sentyabr 2019-cu il tarixdən hesablanmalı, ondan 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən aliment məbləğini ödəməmişdir. Bildirmişdir ki, o, Abşeron rayonunun Müşfiq qəsəbəsində fəhləlik etməklə qazanc əldə edir. Bundan başqa gündəlik gəliri yoxdur. Hal-hazırda aliment borcundan ödəniş etmək imkanı yoxdur. Ancaq 05.06.2022-ci il tarixdən sonra 240 manat ödəniş edə bilər. İcra məmurunun çağırışlarından xəbəri olmadığı üçün İcra və Probasiya şöbəsinə gəlməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 31.05.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 31 may 2022-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:00-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 31 may 2022-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 31 may 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 31 may 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-291/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-291/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver