Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-292/2021 27.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Ağsu rayon məhkəməsinin 08.07.2009-cu il tarixli hökmü ilə CM-nin 315.1-ci maddəsi məhkum olunmuş, məhkumluğu ödənilmiş, əliliyi olmayan Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 27 may 2021-ci il tarixdə saat 08:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində və DYPB-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 27 may 2021-ci il tarixdə saat 08:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində əvvəlcə Daş qaya adlanan ərazidə sonra isə DYPB-nin inzibati binasının həyətində ünvansız nalayiq ifadələr işlədərək, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Polis əməkdaşları onu nizam-intizama dəvət edərək sakitləşdirmək istəsələr də o, öz hərəkətlərini davam etdirmiş və səs-küy salaraq yersiz mübahisə etmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 27 may 2021-ci il tarixdə saat 08:30 radələrində idarə etdiyi “Ford Tranzit” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhərindən Qax şəhərində gedərkən, Şəki şəhəri, S.Mümtaz küçəsində Şəkinin girişində dairədə YPX əməkdaşı ona saxla işarəsi vermiş və o, avtomobili saxlamışdır. YPX əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və ondan sənədlərini verməsini tələb etmişdir. O sənədlərini verdikdə sonra, YPX əməkdaşı ona adının Ceyhun yox, Əlövsət olduğunu bildrmişdir. O isə YPX əməkdaşına etirazını bildirərək adının Ceyhun olduğunu demiş, sonuncunun ona Əlövsət deməsində görə əsəbləşmişdir. YPX əməkdaşına demişdir ki, dövlət ona polis paltarı vermiş, paqonları var nəyə görə onun adını səhv deməklə onu alçaldır. Demişdir ki, bununla əlaqədar ondan şikayət edəcəkdir. Mübahisə olduğundan daha sonra YPX əməkdaşı onu Şəki ŞRPŞ-nin DYPB-nə dəvət etmişdir. Orada isə YPX əməkdaşı ondan sərxoş olub-olmamasını soruşduqda o, sərxoş olmadığını bildirmişdir. YPX əməkdaşı isə ona sərxoşa oxşadığını demişdir. Bundan sonra o, YPX əməkdaşından onun sərxoş olub-olmamasını yoxlamasını bildirmişdir. Lakin polis əməkdaşı onun sərxoşluğunu yoxlatdırmamışdır. Yenə də onun sərxoş olub-olmamsını müəyyən etməsini polis əməkdaşından təkidlə tələb etmişdir. Lakin polis əməkdaşı onu müəyinə etməmişdir. Bundan sonra o, Şəki ŞRPŞ-nin DYPB-nin inzibati binasına daxil olaraq digər polis əməkdaşlarından onun sərxoş olmasını yoxlamalarını bildirmişdir və onu saxlayan polis əməkdaşının ona şər atdığını demişdir. Bu zaman əsəbləşmiş və özü-özünə nalayiq söyüşlər söymüş və polis əməkdaşlarına onlardan məhkəməyə və prokurorluğa şikayət edəcəyini bildirmişdir. Bildirdi ki, əvəllər polis əməkdaşına müqavimət göstərdiyinə görə Ağsu rayon məhkəməsinin hökmü ilə CM-nin 315-ci maddəsi ilə şərti olaraq məhkum olunmuşdur. Öz-özünə söyüş söydüyünə görə özünü təqsirli bilir. Lakin digər hərəkətlərə görə peşman deyildir. Ümumiyyətlə isə özünü təqsirli bilmir və etdiyi hərəkətlərə görə peşman deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 27 may 2021-ci il tarixdə saat 08:30 radələrində Şəki şəhəri, S.Mümtaz küçəsində “Ford Tranzit” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərindən idtifadə etmədiyini aşkar etmiş və sürücüyə saxla işarəsi vermişdir. Sürücü avtomobili saxladıqdan sonra o, sürücüyə yaxınlaşaraq təhlükəsizlik kəmərində istifadə etmədiyini və buna görə də ona inzibati cərimə tətbiq ediləcəyini bildirmişdir. Şəxs isə aqressiv şəkildə ona “sizin əlinizdən bezmişik, qoymursuz çörək pulu qazanaq. Sübut elə ki, mən təhlükəsizlik kəmərindən istifadə etməmişəm” demişdir. Bundan başqa uca səslə ünvansız nalayiq ifadələr işlədərək ətrafdaki insanların diqqətini özünə çəməyə çalışmışdır. Bu səbəbdən yoldan keçən sürücülər avtomobillərini yavaşadaraq onlara baxmağa çalışmışlar. O, Şəxs sərxoş olub-olmamasını soruşduqda Şəxs sərxoş olmadığını bildirmişdir. Lakin sonuncu özünü aqressiv apardığından o, PPX əməkdaşlarını çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra PPX əməkdaşları hadisə yerinə gəlmişlər və Şəxs postpatrul maşını ilə Şəki ŞRPŞ-nin DYPB-nə aparmışlar. Şöbədə olan zaman da Ceyhun özünü aqressiv aparmış ucadan ünvansız söyüşlər söymüş, onlardan şikayət edəcəyi ilə hədələmişdir. Bölmədə təkidlə onun sərxoşluq müayinəsindən keçirilməsin bildirmişdir. O, xidmətdə olarkən Ceyhuna qarşı onun şəxsiyyətini alçaldan hərəkətlərə yol verməmişdir. Göstərmişdir ki, qeyd edilən gün Ceyhunun hərəkətləri nəticəsində xidməti vəzifəsini yerinə yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, 27 may 2021-ci il tarixdə saat 08:30 radələrində ratsiya vasitəsilə Şəki ŞRPŞ-dan onlara Şəki şəhəri, S.Mümtaz küçəsində hadisə baş verdiyini bildirilmişdir. O və digər PPX əməkdaşı X3 ilə dərhal, yəni təxminən 10 dəqiqəyə hadisə yerinə getmişlər. Sözügedən hadisə yerinə çatdıqda isə 1 nəfərin YPX əməkdaşı ilə mübahisə etdiyini, ətrafa sürücülərin avtomobillərində onları müşahidə etmələrini görmüşdür. Hadisə yerində Ceyhun ucadan ünvansız söyüşlər soymüşdür. Daha sonra onlar, vətəndaş Şəxs yaxınlaşaraq onu səs-küy salmamasını, ictimai qaydanı pozmamasını bildirmişlər. Bundan sonra onlar Şəxs Şəki ŞRPŞ-nin DYPB-nə dəvət etmişlər. Ceyhun da könüllü postpatrul avtomobilinə əyləşərək Şəki ŞRPŞ-nin DYPB-nə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 da digr şahid X4 ilə eyni məzmunda ifadə vermişdir. İşdə olan 27 may 2021-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 27 may 2021-ci il tarixdə, saat 09:15-də inzibati qaydada tutulmuşdur. İşdə olan portaldan çıxarışdan görünür ki, Şəxs Ağsu rayon məhkəməsinin 08.07.2009-cu il tarixli hökmü ilə CM-nin 315.1-ci maddəsi məhkum olunmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Belə ki, o, əsassız olaraq YPX əməkdaşı ilə mübahisə etməklə onun və şöbənin iş rejimini pozmuş, şöbədə olan zaman özünü aqressiv aparmış ucadan ünvansız söyüşlər söymüş, polislərdən şikayət edəcəyi ilə onları hədələmiş, təkidlə onun sərxoşluq müayinəsindən keçirilməsin bildirmişdir. Bütün bu kimi halları məhkəmə polis əməkdaşlarının və bölmənin iş rejiminin pozulması və bununla da xuliqanlıq kimi qiymətləndirir. Məhkəmə iclasında da Şəxs özünü aqressiv aparmış, ona ünvanlanan suallara qeyri-müəyyən cavablar vermiş, dəyişkən fikirlilik nümayiş etdirmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu 27 may 2021-ci il saat 09:15-dən hesab edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-292/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-292/2021
27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver