Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-292/2025 16.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 və onun vəkili Vəkil iştirakı ilə, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27904529 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27904529 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27904529 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində 600 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27904529 nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən, bu səbəbdən də əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Belə ki, həmin qərarda onun xx.xx.2025-ci il tarixində, saat 03:16 radələrində M-5 avtomobil yolunun Şəki rayonu, Göybulaq kəndinde Zaqatala istiqamətində 44.9-cu kilometrliyində etibarnamə əsasında idarə etdiyi “MAN TGX18.440 YÜK” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “irirqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi” inzibati xətanın törədilməsi əsas gətirilməklə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Tərəfindən qeyd edilən inzibati xəta törədilməmişdir və idarə etdiyi yük avtomobilinə yükün çəkisi yol verilən icazə həddində olmuşdur. Belə ki, idarə etdiyi yük avtomobilinə Bakı şəhərində un məhsulu yükləndikdən sonra xx.xx.2025-ci il tarixdə saat 14:38-də tərəzidə avtomobilin çəkisi yoxlanılmış və avtomobilin yüklə birlikdə ümumi çəkisinin 40.510 kq olması, yəni icazə verilən kütlə parametrləri həddində olması müəyyən olunmuşdur. Bundan sonra Zaqatala istiqamətində hərəkətdə olarkən Qaradağ, Ucar rayonları ərazisində yerləşdirilmiş yerüstü tərəziləri keçərək Şəki rayonu ərazisinə çatmış, xx.xx.2025-ci il tarixdə saat 03:16 radədələrində istifadəsində olan mobil telefona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyimə dair “sms" gəlmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “10”" xidmətinə məlumat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs və vəkili şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 27904529 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X2 X7 vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin surətindən görünür ki, bütün ölçmələr “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin milli etalonları ilə reallaşdırılan Beynəlxalq Sistemin (Sİ) uyğun vahidləri ilə izlənilir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 353.2.-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2.-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 idarə etdiyi “MAN TGX18.440 YÜK” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan xətanı törətməsi iş materialları ilə müəyyən olunmuş, inzibati xətanı qeydə alan elektron tərəzinin nasaz olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Şikayətçi tərəfindən təqdim edilən yük doldurulması və boşaldılması zamanı avtomobilin çəkisini əks etdirən sənədlərlə bağlı isə məhkəmə qeyd edir ki, həmin tərəzilər ayrı-ayrı hüquqi və ya fiziki şəxslərə aid olmaqla dövlət tərəfindən quraşdırılan və sertifikasiyadan keçən tərəzilərdən üstün hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X4 Azərbaycan Respublikası İXM-nin 329.3.-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 27904529 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-292/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-292/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver