Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-294/2021 02.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis leytenantı X3, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7, zərərçəkmiş şəxs X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxxx 1963-cü ildə Şəki rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Şəki rayonu Cəyirli kəndində qeydiyyatında olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 528.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara əsasən müvafiq olaraq Şəki ŞRPŞ-nin Sarıca PB-dən və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki şəhər-rayon X16 PB-nin polis sahə rəisi, polis leytenantı X9 tərəfindən tərtib edilmiş 02 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 iyun 2021-ci il tarixdə, saat 17:10 radələrində Şəki rayonu Cəyirli kəndində icra prosesi zamanı nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X14 tərəfindən tərtib edilmiş 02 iyun 2021 il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə əsasən Şəki rayonu Cəyirli kəndində yerləşən mərhum X12 miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr yaşayış sahəsi 70.5 kvadrat metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.8 sot torpaq sahəsi ilə birlikdə X11 mülkiyyətinə, evin 19.4 kvadrat metr sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd və evin qarşısında olan torpaq sahəsindən 8.2 sot torpaq sahəsi borclu Quliyev Ədil oğlunun mülkiyyətinə və evin 15.8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd və otağın qarşısında yerləşən 8.4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi borclu Şəxs mülkiyyətinə verilməli və həmin qaydada real bölgü aparılmalıdır. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin materiallarlar üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 528.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün müvafiq olaraq Şəki ŞRPŞ-nin Sarıca PB və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən protokollar müvafiq olaraq 3(075)-294/2021 və 3(075)-295/2021 nömrəli işlər üzrə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 34-cü maddələrinin tələblərini nəzərə alaraq 3(075)-295/2021 nömrəli işi 3(075)- 294/2021 nömrəli işlə birləşdirmişdir. Şəki şəhər-rayon X16 PB-nin polis sahə rəisi, polis leytenantı X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 01 iyun 2021-ci il tarixdə, saat 17:10 radələrində Şəki rayonu Cəyirli kəndində icra prosesi zamanı nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X14 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə əsasən Şəki rayonu Cəyirli kəndində yerləşən mərhum X12 miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr yaşayış sahəsi 70.5 kvadrat metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.8 sot torpaq sahəsi ilə birlikdə X11 mülkiyyətinə, evin 19.4 kvadrat metr sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd və evin qarşısında olan torpaq sahəsindən 8.2 sot torpaq sahəsi borclu Quliyev Ədil oğlunun mülkiyyətinə və evin 15.8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd və otağın qarşısında yerləşən 8.4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi borclu Şəxs mülkiyyətinə verilməli və həmin qaydada real bölgü aparılmalıdır. Tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarı verilməlidir. İcra sənədi 23 iyul 2009-cu il tarixində icraata daxil olmuş, həmin tarixdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. İcra sənədində göstərilən qaydada real bölgü aparılaraq tələbkarla borclunun mülkiyyətində olan ərazilər və tikililərin sərhədləri müəyyən edilmişdir. Lakin tələbkar X11 öz həyətyanı sahəsinə giribçıxması üçün yeganə yol borclu Şəxs həyətindən keçdiyindən borcludan ona yol verilməsi tələb edilmişdir. Borclu həmin tələblərə əməl etməmiş, giriş-çıxış üçün tələbkara yol verməməklə qərarın icrasından boyun qaçırmışdır. Bununla əlaqədar 01 iyun 2021-ci il tarixində icra prosesi təyin edilmiş və tələbkarla birlikdə borclu Şəxs həyətyanı sahəsində icra hərəkətləri həyata keçirilmişdir. Həmin vaxt borclu Şəxs qəti şəkildə qərarın icrasından imtina etmiş, heç bir halda tələbkara yol verməyəcəyini bildirmiş, həmçinin səs-küy salmaq və tələbkara nalayiq söyüşlər söyməklə icraya maneçilik törətmişdir. Polis əməkdaşları və icra məmurları tərəfindən nizam-intizama dəvət edilsə də, həmin hərəkətlərinə davam etmişdir. Həmin hərəkətlərinə görə icra prosesini davam etdirmək mümkün olmamış, icra sənədinin icrası təxirə salınmışdır. Borclu Şəxs 02 iyun 2021-ci il tarixində İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, həmin vaxt ondan bir daha qərarın icrasın tələb edilməklə izahatı alınmışdır. İzahatda bir daha qətnamə ilə razılaşmadığını və qətnaməni düzgün hesab etmədiyini bildirərək tələbi icra etməyəcəyini bildirmişdir. Göründüyü kimi borclu Şəxs oğlu dəfələrlə tələb edilməsinə baxmayaraq icra sənədinin tələbini qərəzli olaraq yerinə yetirməmişdir. Protokolu müdafiə edir. Zərərçəkmiş şəxs X18 məhkəmə iclasında göstərdi ki, 01 iyun 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinin icrası zamanı qardaşı Şəxs səs-küy salmış, o da biabırçılıq yaranmaması üçün çıxıb getmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, 01 iyun 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədini icra etməyə gəlmişlər. O, icraçılara qətnamədən apellyasiya şikayəti verdiyini bildirmiş, ona 15 gün vaxt verilməsini xahiş etmişdir. Lakin icraçılar bölgüyə başladıqda əsəbiləşərək özünü yandırmaq istəmiş, bu zaman polis əməkdaşları ona mane olaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində izahatı alınmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, qətnamədən şikayət verdiyindən hesab edir ki, heç bir icra tədbiri keçirilə bilməz. Bundan başqa ünvanlı və ya ünvansız nalayiq ifadələr işlətməmiş, polisin qanuni tələblərinə dərhal tabe olmuş və heç bir etiraz etmədən şöbəyə getmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 01 iyun 2021-ci il tarixdə, təxminən saat 17 radələrində icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri ilə birlikdə Şəki rayonu Cəyirli kəndinə getmişlər. İcra prosesi zamanı vətəndaş Şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və ətrafdakıların diqqətini özünə çəkməklə qətnamənin icrasına mane olmağa çalışmışdır. Onlar həmin şəxsi nizam-intizama dəvət etsələr də, sonuncu məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Ona görə də həmin şəxsi polis şöbəsində dəvət etmişlər. Lakin həmin şəxs əl-qol ataraq polis şöbəsinə getmək istəməmişdir. Şöbədə olarkən həmin şəxsin Şəki rayonu Cəyirli kənd sakini Şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin əməkdaşları X8 və X13 şahid X4 verdiyi izahatla eyni məzmunlu izahat verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs onun həyat yoldaşıdır. 01 iyun 2021-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndələri Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədini icra etməyə gəlmişlər. Bu zaman Şəxs icra şöbəsindən vaxt istəmişdir. O, heç bir sək-küyün, nalayiq ifadələrin şahidi olmamışdır. Əgər belə bir şey baş versə idi, bildirməyə hazır idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi Şəxs qətnaməni qərəzli olaraq icra etməməklə yanaşı, icra prosesi zamanı səs-küy salaraq ictimai qaydanı pozmuş, ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hal şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə baxışında təqsirsiz olduğunu bildirsə də, nəyə görə icra prosesinə nə üçün mane olduğunu inandırıcı şəkildə əsaslandıra bilməmiş, verdiyi ifadələrində qeyri-səmimi olmuşdur. Məhkəmə göstərilənləri nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsinə, həmçinin şahid kimi dindirilən X2 ifadəsinə tənqidi yanaşır və bunu Şəxs məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir. Belə ki, X1 Hasil Əli oğlunun yaxın qohumudu. Məhkəmə hesab edir ki, Şəxs icra sənədini könüllü olaraq icra etməli olduğu halda əksinə ictimai qaydanı pozaraq ətrafdakıların diqqətini özünə cəlb etmiş və polisin qanuni tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Belə olan halda məhkəmən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1 və 528.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi iş materialları ilə tam təsdiq edildi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510, 535.1 və 528.1-ci maddələrində ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510, 535.1 və 528.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 01 iyun 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-294/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-294/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver