Məhkəmə qərarları › İş №3(075)-294/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-294/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-294/2025 05.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Hacı-X1 iştirakı ilə, xx xxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 tərəfindən tərtib olunmuş 05 iyun 2025-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 05 iyun 2025-ci il tarixdə Şəki ŞRPŞ-nin inzibati binasının qarşsında ucadan ünvansız nalayiq ifadələr işlətmiş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X8 izahatında bildirdi ki, Şəki ŞRPŞ tərəfindən saxlanılması üçün axtarışa verilmiş “Toyota corolla” markalı, **-HT-*** dövlət nömrə nişanlı avtomobil DİN-in Təhlükəsiz şəhər xidməti və Mingəçevir ŞPŞ-nin birgə keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Mingəçevir şəhəri, Xocalı küçəsində müəyyən edilərək sürücü Şəxs saxlanılmış və xx.xx.2025-ci il tarixdə, təxminən saat 13:40 radələrində Şəki ŞRPŞ-nə gətirilmiş və polis şöbəsinə daxil olmaq istəyərkən adı yuxarıda qeyd olunan şəxs “məni polis şöbəsinə niyə gətirmisiniz” deyərək ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis şöbəsinin qarşısında dayanan PPXB-nin polis nəfərləri, pols serjantları Məhərrəm Səmədov və Elşən Paşayev həmin şəxsə doğru yaxınlaşdılar. Onlar həmin şəxsə yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını və bununlada ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə o, polisin qanuni tələbinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək uca səslə etikadan kənar ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Polis əməkdaşları həmin şəxsi sakitləşdirərək xidməti iş otağına dəvət etdikdə, o yenidən səs-küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyətini pozmuşdur. Bu səbəbdən onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat 13:40 radələrində özünə məxsus olan “Toyota Carolla” markalı **-HT-*** dövlət nömrə nişanlı avtomobili ilə Mingəçevir şəhərində hərəkətdə olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmış və onu Şəki ŞRPŞ-yə aparılmışdır. Polis şöbəsinin qarşısında olarkən o, özündən asılı olmayaraq əsəbləşmiş və onu “nə üçün polis şöbəsinə gətirmisiz” deyərək ucadan səs-küy salmağa, ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman orada dayanan polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş və onu sakitləşdirməyə, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də, o, əsəbi olduğu üçün onların qanuni tələbinə qəsdən tabe olmamış və daha da aqressiv şəkildə ucadan, etikadan kənar ifadələr işlətmişdir. Daha sonra onu polis şöbəsinə aparmışlar, lakin o, yenidən polis şöbəsinin dəhlizinə çıxaraq ucadan nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Gələcəkdə bu cür əməllərə yol verməyəcəkdir. Ailəlidir, himayəsində azyaşlı övladı vardır. Himayəsində yaşlı ata və anası vardır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X2 oğlu məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X4 ifadəsində bildirdi ki, o, 2019-cu il tarixdən Şəki ŞRPŞ-də PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 13:40 radələrində Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasının qarşısında polis nəfəri, polis serjantı Elşən Paşayevlə dayandıqları zaman Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Nicat Səmədov və CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Sənan Məmmədov bir nəfər şəxslə avtomobildən düşərək polis şöbəsinə daxil olmaq istəyərkən onların yanında olan bir nəfər şəxs “məni polis şöbəsinə niyə gətirmisiniz” deyərək ucadan ünvansız nalayiq ifadələr işlətməyə başladı. Onlar həmin şəxsə yaxınlaşaraq yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını və bununlada ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək uca səslə etikadan kənar ifadələr işlədərək səsküy salmağa başladı. Onlar həmin şəxsi sakitləşdirərək ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Nicat Səmədovun xidməti iş otağına dəvət etdilər. Həmin şəxs yenidən səs-küy salıb dəhlizə çıxdı və ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyətini pozmuşdur. Buna görə də adı sonradan məlum olan Mingəçevir şəhər sakini Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X9 digər şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X6 ifadəsində bildirdi ki, o, 2023-cu il tarixdən Şəki ŞRPŞ-də CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Bildirmişdir ki, Şəki ŞRPŞ tərəfindən saxlanılması üçün axtarışa verilmiş “Toyota Corolla” markalı, **-HT- *** dövlət nömrə nişanlı avtomobil DİN-in Təhlükəsiz şəhər xidməti və Mingəçevir ŞPŞ-nin birgə keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Mingəçevir şəhəri, Xocalı küçəsində müəyyən edilərək sürücü Şəxs saxlanılmış və CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Nicat Səmədovla birgə xx.xx.2025-ci il tarixdə, təxminən saat 13:40 radələrində Şəki ŞRPŞ-nə gətirilmişdir. Polis şöbəsinə daxil olmaq istəyərkən həmin şəxs “məni polis şöbəsinə niyə gətirmisiniz” deyərək ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt polis şöbəsinin qarşısında dayanan PPXB-nün polis nəfərləri, polis serjantları Məhərrəm Səmədov və Elşən Paşayev həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını və bununlada ictimai qayda pozuntusuna yol verdiyini izah edib onu nizamintizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirərək uca səslə etikadan kənar ifadələr işlədərək səs-küy salmağa başlamışdır. Onlar həmin şəxsi sakitləşdirərək xidməti iş otağına dəvət etdilər. Həmin şəxs yenidən səs-küy salıb dəhlizə çıxdı və ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyətini pozduğu üçün onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə məruzə etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı X11 digər şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - “İnzibati qaydada tutulma haqqında” 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 13:40-da tutulmuşdur. - “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 05 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əşya aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidləri dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidlərin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs ictimai yerdə, yəni polis şöbəsində nalayiq ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, söyüş söymüş, ictimai qaydanı pozmuşdur. Polis əməkdaşlarının iradlarına əməl etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində ona inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 05 iyun 2025-ci il saat 13:40-dan hesablansın. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar