Məhkəmə qərarları › İş №3(075)-295/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-295/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-295/2021 02.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri üzrə Şəki ŞRPŞ-nin Sarıca PB-dən və 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən məhkəməyə daxil olmuş inzibati xətaya dair işlərə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Şəki ŞRPŞ-nin Sarıca PB-nin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən İXM-nin 510 və 535.1-ci maddələri ilə 02 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə 02 iyun 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuş, qeyd olunan protokollar üzrə müvafiq olaraq 3(075)-294/2021 və 3(075)-295/2021 nömrəli işlər məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinin tələbləri nəzərə alınaraq hesab edir ki, 3(075)-294/2021 nömrəli iş 3(075)-295/2021 nömrəli işlə birləşdirilməli və baxılaraq onlara yekun hüquqi qiymət verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 30-34cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Rayon Məhkəməsinin icraatında olan 3(075)-295/2021 nömrəli iş 3(075)- 294/2021 nömrəli işlə birləşdirilsin. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar