Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-296/2021 03.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-nin Sarıca PB-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 02 iyun 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şəki rayonu, Kiçik Dəhnə kəndində ucadan nalayiq söyüşlər söymüş, polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin Sarıca PB-nin sahə rəisi, polis leytenantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 02 iyun 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şəki rayonu, Kiçik Dəhnə kəndində ucadan səs-küy salaraq, nalayiq söyüşlər söymüş, ictimai qaydanı pozmuş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, 02 iyun 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şəki rayonu, Kiçik Dəhnə kəndində olarkən həmkəndlisi Rəşadət adlı şəxs onu əsəbləşdirmişdir. O da 750 qram araq və 8 bokal pivə içmişdir. Bundan sonra isə o, küçədə səs-küy slaraq ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman həmin ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşmışlar və ona etdi qayda pozuntusunu izah edərək, onu nizam-intizama dəvət etmişlər. O isə sərxoş olduğundan polis qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Etdiyi hər bir əməldən peşmandır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən səmimi peşmanlıq çəkməsini nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, 02 iyun 2021-ci il tarixdə, saat 16:30 radələrində, Şəki rayonu, Kiçik Dəhnə kəndində Şəki ŞRPŞnin Sarıca PB-nin PPXT-nin polis baş serjantı Ceyhun Mustafayevlə xidmətdə olarkən kəndin mərkəzi küçəsində bir nəfər şəxsin ucadan səs-küy salaraq nalayiq ifadələr işlətdiyini eşidib, dərhal həmin yerə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin şəxsə ictimai qaydanı pozduğunu izah etmişlər və onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq, daha da aqressivləşərək, səs-küy salaraq, ucadan ünvansız söyüşlər söymüş və əl-qol hərəkətləri edərək onlaraq açıq şəkildə hörmətsizlik etmişdir. Onlar həmin şəxsi çətinliklə sakitləşdirərək polis bölməsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 da şahid X4 ilə eyni məzmunda ifadə vermişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-296/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-296/2021
03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver