Məhkəmə qərarları › İş №3(075)-3/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-3/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-3/2022 01.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)-3/2022 nömrəli qərarı ilə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1 tərtib etdiyi 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)-3/2022 nömrəli qərarından narazı qalan Şəki ŞRPŞ-nın DYPB-nin rəisi X2 apellyasiya şikayəti 01 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(107)-32/2022 nömrəli qərarı ilə Şəki ŞRPŞ-nın DYPB-nin rəisi X2 apellyasiya şikayəti qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)-3/2022 nömrəli qərarı ləğv edilməsi, inizibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs QSC ona məxsus nəqliyyat vasitəsinin sürücüsü haqqında qanunda nəzərdə tutulmuş 5 gün müddət ərzində Şəki ŞRPŞ-nə məlumat verməmişdir. Belə ki, Şəxs QSC ona göndərilmiş məktubbildirişi 18.08.2021-ci il tarixdə almışdır. Şəxs QSC ona göndərilmiş bildirişi 18.08.2021-ci il tarixdə almasına baxmayaraq daha 5 gün gözləmişdir. Buna görə də Şəxs QSC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 04 dekabr 2021-ci il tarixdə inzibati protokol tərtib edilmiş, baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)-3/2022 nömrəli qərarı ilə Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(107)-32/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)-3/2022 nömrəli qərarı ləğv edilməsi, inizibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hesab edir ki, protokol əsaslıdır. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəxs QSC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X3 tərəfindən tərtib edilmiş 04 dekabr 2021-ci il tarixli, AP-0169908 seriya nömrəli protokoldan görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən Şəxs QSC tərəfindən Ford markalı, ** AC *** dövlət qeydiyyat nişanlı yük avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)- 3/2022 nömrəli qərarından görünür ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin İTÜB inspektoru, polis kapitanı X1 tərtib etdiyi 04 dekabr 2021-ci il tarixli, AP seriyalı, ******* saylı inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 3(107)-32/2022 nömrəli qərarından görünür ki, Şəki ŞRPŞ-nın DYPB-nin rəisi X2 apellyasiya şikayəti qismən təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli, 3(075)-3/2022 nömrəli qərarı ləğv edilməsi, inizibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəxs-nin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, Şəxs ona göndərilmiş məktub-bildirişi 18.08.2021-ci il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində Şəxs nə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 04 dekabr 2021-ci il tarixdə inzibati protokol tərtib edilmişdir. Məhkəmə Şəxs QSC-nə Azərbaycan Respublikası İXM-nin 347-ci-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar