Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-3/2023 26.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində tərtib edilmiş 25 aprel 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən 15 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 3(075)-781/2022 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmışdır. Qərarda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında material baxılması üçün yenidən Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, işə Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 25 aprel 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə məbləğini ödəmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs ünvanlanmış 12 iyul 2022-ci il tarixli məlumatdan görünür ki, onun barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 150 manat cərimə məbləği ödənilmədiyindən həmin məbləğin üzrəinə dəbbə pulu hesablanaraq ümumilikdə 195 manat olmuşdur. Cərimənin dəbbə pulu ilə birlikdə tam şəkildə ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli protokol dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs, 25 aprel 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə cərimə məbləğini ödəməmiş, ona bu barədə 12 iyul 2022-ci il tarixdə xəbərdarlıq edilmiş, lakin onun barəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol 3 aydan artıq müddət keçdikdən sonra, yəni 15 noyabr 2022-ci il tarixdə tərtib edilmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, məhkəmə qeyd edir ki, 25 aprel 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 25 iyul 2022-ci il tarixədək cərimə məbləğini ödəmədiyinə görə, həmin tarixdən hesablanmaqla 3 ay müddətində Şəxs İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. Göründüyü kimi, protokol 25 iyul 2022-ci il tarixdən 3 ay 20 gündən sonra tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 15 noyabr 2022-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-3/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-3/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver