Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-3/2024 09.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 vəkili Vəkil, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin 22 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X8 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində tərdib edilmiş 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilən 22 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya qeyd olunan inzibati xətanın həmin təhsil müəssisənin sabiq rəhbəri Firqət Məmmədova aid edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, Şəki-Zaqatala regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən 22 noyabr 2023-cü ildə ona ünvanlanmış 9-17-5/2-M-47032/3/2023 nömrəli məktubu aldıqdan sonra ona məlum olmuşdur ki, barəsində tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli protokola 22 noyabr 2023-cü ildə Şəki şəhərində baxılaraq müəyyən edilmişdir ki, 2023cü ilin aprel ayında X3 ilə işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən müəllim kimi əmək müqaviləsi bağlanmışdır. Nəticədə guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 3500 manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsası kimi 2023-cü ilin aprel ayında X3 ilə işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən müəllim kimi əmək müqaviləsi bağlanması göstərilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında normalar”ının 3-cü bəndinə görə məktəb direktorları əsas iş üzrə müvafiq qaydalar əsasında tam vəzifə maaşı almaqla yanaşı, işlədikləri təhsil müəssisələrində ixtisaslarına uyğun olaraq dərs ilinin əvvəlində tarifləşmə siyahısına salınmaqla həftədə 12 saata qədər dərs apara bilərlər. Bununla bərabər Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamənin 3.1.2.6. maddəsinə uyğun olaraq təhsil müəssisələrində dərs bölgüsü bir qayda olaraq pedaqoji şurada baxılır və təhsil müəssisəsinin müvafiq əmri ilə rəsmiləşdirilir. Eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarının 5.12-ci maddəsində müəllimlərin işə qəbulunun rəsmiləşdirilməsi prosesi təhsil müəssisələrinin rəhbərlərinin səlahiyyətinə aid edilir. Həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin F55 nömrəli, 11 noyabr 2022-ci il tarixli əmrinə əsasən eyni qaydada təhsil müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi müvafiq təşkilatın rəhbərlərinə həvalə edilmiş, elektron platformalarda əmək müqavilələri üzrə proseslərin icra edilməsi üçün hər bir müəssisə rəhbərinə elektron imzanın alınması üçün etibarnamələr verilmişdir. Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən Şəki şəhər Fiziki-Riyaziyyat və Hümanitar təmayüllü liseyin sabiq rəhbəri Firqət Məmmədovla müəllim kimi əlavə əmək müqaviləsinin bağlanması Regional Təhsil İdarəsinin, bilavasitə hüquqi şəxs timsalında Bəhruz Mehdiyevin deyil, müəssisə rəhbəri Firqət Məmmədovun səlahiyyətləri çərçivəsində olmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin qərarında 2023-cü ilin aprel ayında X3 ilə işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən müəllim kimi əmək müqaviləsi bağlanması göstərilsə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi qərarın dispozisiyasında göstərilənlərlə yekun nəticədə ona tətbiq edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi arasında uyğunsuzluq mövcuddur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 vəkili Vəkil şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi Nümayəndə göstərdi ki, vətəndaş X2 Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin direktoru və həmin liseydə müəllim kimi əmək hüquqlarının pozularaq əmək müqaviləsinə xitam verildiyi barəsində X10 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə ünvanladığı müraciətləri üzrə araşdırma aparılır. Müəyyən edilmişdir ki, F.Məmmədov Elm və Təhsil Naziri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-7Q-3-1087K/2023 saylı əmrlə direktor vəzifəsindən azad edilmişdir. Lakin son haqq-hesabı gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. F.Məmmədov xx.xx.2023-cü il tarixdən Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyinə müəllim kimi işə qəbul edilməsinə dair məlumatlar Əmək və X11 qeydiyyata alınmışdır. Həmçinin müəllim kimi müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə dəyişiklik edilmiş, müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə keçirilmiş və əmək müqaviləsinin bitmə tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Müddətin bitməsi ilə bağlı vətəndaşla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsini “b” bəndi ilə xitam verilmişdir. İşə qəbul edilərkən F.Məmmədovdan ərizə alınmamış və tərtib edilmiş müddətsiz əmək müqaviləsi yazılı formada bağlanmamışdır. Əlavə olaraq xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsinə əsas olan tərəflər arasında əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsi barədə hər hansı razılığı təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokolun surətində qeyd edilmişdir ki, X2 Şəki FRHT liseyinin direktoru vəzifəsindən azad edilməsi, son haqqhesabı gecikdirilərək ödənilmişdir. Həmçinin 2023-cü ilin aprel ayında işə qəbul edilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə əməl edilmədən müəllim kimi əmək müqaviləsi bağlanılmışdır. X8 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1, 192.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 22 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozduğuna görə təqsirli bilinərək 3500 manat məbləğində cərimə edilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmış, bildiriş isə xx.xx.2023-cü il tarixdə imzalanmışdır. xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinə dəyişiklik edilməsi barədə” əmrin təsdiq edilmiş surətindən görünür ki, pedaqoji kadrların işə qəbulunun rəsmiləşdiriməsi zamanı əmək müqaviləsinin bağlanması ilə bağlı elektron informasiya sisteminə 20 aprel 2023-cü il tarixdə daxil edilmiş 2EOT291000300 nömrəli “əmək müqaviləsi bildirişi”nə aşağıdakı dəyişikliklər edilsin: - Əmək müqaviləsi bildirişinin “Digər məlumatlar” bəndi üzrə əmək müqaviləsini növü hissəsində “Müddətsiz” sözü “Müddətli” sözü ilə əvəz edilsin. - “Müddətli əmək müqaviləsini müddətinin qurtardığı tarix xx.xx.2023-cü il” cümləsi əlavə edilsin. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, X1 Firqət Siracəddin oğlu arasında bağlanmış X2 Şəki şəhər fizika-riaziyyat və humanitar təmayüllü liseyinə müəllim kimi işə qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair məlumatlar xx.xx.2023-cü il tarixdə Əmək və X11 qeydiyyata alınmışdır. Müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə dəyişiklik edilmiş, müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə keçirilmiş və əmək müqaviləsinin bitmə tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. Müddətsiz əmək müqaviləsi yazılı formada bağlanmadığı kimi, müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə keçirilərkən də X2 razılığı alınmamış, həmçinin son haqq-hesab ona gecikdirilərək ödənilmişdir. Hansı ki, qanunvericiliyin tələbinə əsasən işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi tərəflərin münasibətlərinin əsas şərtlərini, hüquq və vəzifələrini özündə əks etdirir, əmək müqaviləsi yazılı formada bağlanmalıdır və əmək müqaviləsinin bağlanılması ilə bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Odur ki, X5 şikayətində qeyd olunan 22 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı hallar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X5 barəsində tərtib edilmiş 22 noyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayəti təmin olunmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, X8 şikayətində əlavə olaraq səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə də təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 barəsində tərtib edilmiş 15 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 22 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya qeyd olunan inzibati xətanın həmin təhsil müəssisənin sabiq rəhbəri Firqət Məmmədova aid edilməsi barədə şikayəti təmin olunmasın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-3/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-3/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver