Məhkəmə qərarları › İş №3(075)-3/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-3/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-3/2025 04.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, X1 vəkili Vəkil iştirakları ilə, X3 barəsində tərtib edilmiş 19 sentyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun və onun əsasında qəbul edilən inzibati tənbeh vermə barədə xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 17:30 radələrində idarə etdiyi “Toyota Camry” markalı, **-LU-*** dövlət nömrə nişanlı avtomobili ilə Şəki şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkətini davam etdirərərək E.Abdurahmanov küçəsinə dönmək istədikdə arxadan yüksək sürətlə gələn nəqliyyat vasitəsi ona məxsus nəqliyyat vasitəsinin sol tərəfindən vurmuşdur. Həmin nəqliyyat vasitəsini idarə edən şəxs maşından düşdükdən sonra özünü və qohumlarını hüquq mühafizə orqanı əməkdaşı kimi təqdim etmiş, DİN-nin BMCQMİ-nin əməkdaşı olduğunu bildirərək hədə qorxu gəlmişdir. O, həmin şəxsə izah edərək bildirdi ki, o, sola dönmə siqnalını yandıran zaman həmin şəxs, ondan xeyli aralıda olmuş və buna baxmayaraq sürətlə hərəkətini davam etdirmişdir. Lakin o, razılaşmayaraq öz hədə qorxularına davam etmiş və barəsində polisə şikayət etmişdir. Eyni zamanda hadisə yerinə gələn YPX əməkdaşları da barəsində xx.xx.2024-cü il tarixdə, saat 20:57-də İXP ******* saylı protokol tərtib edərək İXM-nin 327.2-ci maddəsinin tələbinin pozması qənaətinə gəlmişdir. Eyni zamanda həmin tarixdə, həmin onun barəsində TP ******* saylı qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, Şəki Rayonu YPX-nin inspektoru X7 barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında qəbul edilən TP6758511 saylı saylı qərarın heç bir hüquqi əsası yoxdur. Protokolla və qərarla razılaşmadığı üçün şikayət vermiş və hesab edir ki, sözügedən qərar qanunsuz, əsassız və ədalətsizdir. Göründüyü kimi barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərkən və onun əsasında qərar qəbul edərkən qanunvericiliyin yuxarıda sadalanan tələblərini kobud surətdə pozulmuşdur. Belə ki, hadisənin baş vermə vaxtı, hadisənin özü, pozuntunun nədən ibarət olması, onun inzibati xəta törətməkdə təqsirli olmasına dair əsaslar düzgün təsvir edilməmişdir. Məhkəmə iclasında iştirak edən X2nun vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* seriya nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X2 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İş materiallarında olan video görüntüyə məhkəmə iclasında baxış keçirilmiş və həmin video görüntüdən görünür ki, X5 idarə etdiyi “X10” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə manevr qaydalarını pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 idarə etdiyi “X10” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə yolayrıcını keçmə qaydalarını pozmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 qeyd olunan xətanı törətməsi video görüntü ilə müəyyən olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X2nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X2nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar