Məhkəmə qərarları › İş №3(075)-30/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-30/2022

24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-30/2022 24.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxx 1962-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb edilməmiş, Şəki rayonu Aşağı Göynük kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 yanvar 2022-ci il tarixdə, saat 07 radələrində özünə məxsus mal-qaranı asfalt və sement-beton örtüklü yollarla ötürdüyündən Şəki-Qax yolunun 18-ci km-liyindən keçən hissəsində hərəkətdə olan və X2 idarə etdiyi “X6” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil həmin heyvanları vurmuş, nəticədə avtomobilin sahibinə 4340 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayından Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayına və zərərçəkmiş şəxs X3 məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti alayı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, zərərçəkmiş şəxs X4 isə gəlməmişdir. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki rayonu Aşağı Göynük kəndində yaşayır. 05 yanvar 2022-ci il tarixdə özünə məxsus 6 baş inək malını ticarət mərkəzinin qarşısından yolu keçirərək yolun kənarından sürüb otlağa aparmışdır. Bu zaman qəbir daşı düzəldilən sexin yanında it heyvanları hürküdərək yola qovmuşdur. Həmin vaxt Şəki-Qax yolunun 18-ci km-liyində yüksək sürətlə hərəkətdə olan “X6” markalı, EM-864-İL dövlət nömrə nişanlı avtomobil inəyin ikisini vurub öldürmüşdür. Lakin hadisə nəticəsində heç kəs xəsarət almamışdır. Əlavə olaraq bildirdi ki, sözügedən yer yaşayış məntəqəsi olmaqla, heyvanları sürətlə hərəkət edən avtomobil vurmuşdur. Odur ki, ekspertiza təyin edilməli, hadisə nəticəsində təqsirli olan sürücünün də barəsində tədbir görülməlidir. Belə ki, hamıya məlumdur ki, Vito avtomobilləri həddindən artıq sürətlə hərəkət edir. Həmin vaxt avtomobilin surəti ən azı 110-120 km/saat olmuşdur. Bundan başqa inəkləri ölsə də, sürücü ona dəyən zərəri ödəməmiş, əksinə ondan şişirdilmiş məbləğdə avtomobili təmir etdirməyi tələb edir. Odur ki, qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs X2 12 iyun 2021-ci il tarixli izahatından görünür ki, 05 yanvar 2022-ci il tarixdə, saat təxminən 07:20 radələrində etibarnamə ilə ona məxsus olan “X6” markalı, EM-864-İL dövlət qeydiyyat nişanlı avtomobillə Şəki-Qax yolunun 18-ci km-liyində Şəkidən Qax istiqamətində hərəkətdə olarkən qəbir daşı düzəldən sexin qarşısından, yolun sol hissəsindən yolun ortasına qəfildən 6-7 baş mal qaçmışdır. Malları vurmamaq üçün hər bir iş görsə də, maşını saxlaya bilməmiş, iki baş mal vurmuşdur. Onlardan biri yerində ölmüşdür. Hadisə nəticəsində heç bir xəsarət almasa da, maşına maddi ziyan dəymişdir. İş materiallarında olan Şəki Mərkəzi Rayon X1 tərəfindən 05 yanvar 2022-ci il tarixdə verilmiş 18 nömrəli «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı»ndan görünür ki, X4 05 yanvar 2022-ci il tarixdə ayıq olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli aktdan görünür ki, "X6” markalı, EM-864-İL dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan lazım olan ehtiyat hissələrinin mal və material dəyəri 3440 manat, həmin hissələrin avtomobilə yerləşdirilməsi və rənglənməsi 900 manat olmaqla, cəmi 4340 manat təşkil edir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, "X6” markalı, EM-864-İL dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Göründüyü kimi Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam təsdiq olunur. Belə ki, Şəxs 05 yanvar 2022-ci il tarixdə özünə məxsus heyvanları asfalt yollarla ötürmüş, bu zaman “X6” markalı, EM-864-İL dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4–338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini və onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar