Məhkəmə qərarları › İş №3(075)-30/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-30/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-30/2025 28.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında qərardan şikayət verən ərizəçi X2 iştirakı ilə, X4 oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki Rayon DYPB-in inspektoru X5 oğlu tərəfindən qəbul edilmiş 18 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəki Rayon DYPB-in inspektoru polis baş leytenantı X5 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 18 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərara əsasən X4 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında qərar və protokoldan narazı qalan X4 oğlu şikayət verərək, həmin qərarın və inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. M.V.Həmidov şikayətini onunla əsaslandırmışdır ki, "Vaz-2103 yük" markalı, 55BO237 dövlət qeydiyat nişanlı avtomobil onun mülkiyyətindədir. Həmin nəqliyyat vasitəsindən uzun illərdir istifadə edir. Onun yük bölməsinin yan hissələrinə qoruyucu çəpər quraşdırılmışdır. Həmin formada ölkəmizin bir çox yerlərində idarə etmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il Şəki Rayon DYPB-nin HTM-i polis Baş leytenantı Namiq Yusubov tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbini soruşduqda bildirmişdir ki, həmin quraşdırılmış çəpər nəqliyyat vasitəsinə quraşdırılmış əlavə avadanlıqdır. Bununla razılaşmasa da Şəki DYPB-nin HTM-i polis Baş leytenantı Namiq Yusubov tərəfindən protokol tərtib edilmiş və daha sonra həmin protokol əsasında xx.xx.2024-cü il tarixli TP6926707 nömrəli qərar verilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması) inzibati qaydada cərimə edilmişdir. Belə ki, həmin qərarı qanunsuz və əsassız hesab edir. Yuxarıda qeyd etdiyi kimi, nəqliyyat vasitəsinin yük bölməsinin yan hissələrinə qoruyucu çəpər quraşdırılmışdır. Bu əlavə avadanlıq hesab edilmir. O, qaynar xətt vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə danışdıqda bildirmişdirlər ki, həmin hissə qoruyucu çəpər sayılır və avadanlıq deyildir. Bu qanun pozuntusu sayılmır. Yerdən 2 metrəyə qədər bu maşınlar üçün qoruyucu çəpər quraşdırıla bilər. Əlavədə foto şəkillər iş materiallarına əlvə edilir. Bildiyiniz kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsnin tərkibini yaradır. Həmin formada neçə illərdir nəqliyyat vasitəsini texniki baxışdan keçirmişdir, bu formada adına qeydə aldırmışdır. Necə oldu bu vaxta kimi avadanlıq sayılmırdı və birdən-birə qoruyucu çəpər avadanlıq sayıldı. Bütün bu qeyd etdiklərindən göründüyü kimi, tərəfindən inzibati xəta törədilməmişdir. Məhz buna görə də barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə barədə qərar ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərarından şikayət verilmiş Şəki rayonu Yol Patrul Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X3 izahatında ərizəsində qeyd etdiklərini təsdiq etməklə barəsində qəbul edilmiş qərarın ləğv edilməsii xahiş etdi. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, 18 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan; Şəki Rayon DYPB-in inspektoru X5 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 18 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X4 oğlu idarə etdiyi nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “VAZ 2103” markalı **-BO-*** dövlət qeydiyyatlı avtomobil tipi Pikap, buraxlışı 1975, mühərrik nömrəsi **********, ban ******* olmaqla şəhadətnamə verilmişdir. Məhkəmə baxışında qanuniliyi müvafiq qaydada mübahisələndirilən inzibati xəta haqqında qərar ilə verilmiş şikayətin məzmununun qarşılıqlı müqayisəsi və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, X3 tərəfindən ona məxsus avtomobilə əlavə avadanlıq quraşdırılması halı yol-patrul xidmətinin inspektoru tərəfindən aşkar olunmuş, onun barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında Şəki Rayon DYPB-in inspektoru polis baş leytenantı X5 oğlu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarla Möhlüd Həmidova İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Möhlüd Həmidov barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla razılaşmayaraq, məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun tələbinə görə, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün nəqliyyat vasitəsinin sürücüsü tərəfindən nəqliyyat vasitəsinə normativ tələbləri pozmaqla “avadanlıq” quraşdırılmalı və ya dəyişdirilməlidir. Hazırki iş üzrə səlahiyyətli orqan isə, “VAZ 2103 yük” markalı **-BO-*** dövlət qeydiyyatlı avtomobilə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Şəki RQİ və TBŞ tərəfindən verilmiş şəhadətnamə əsasında yük yeri hesab olunan hissəyə quraşdırılmış çəpər olan avadanlığın nəqliyyat vasitəsinə “avadanlıq” quraşdırılmış (vəya dəyişdirilmiş) sayılıbsayılmamasını, bu hal avadanlığın quraşdırılması (dəyişdirilməsi) sayıldığı halda, bunun hansı normativ tələbləri pozmasını aydınlaşdırmadan X2 İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə Möhlüd Həmidovun idarə etdiyi nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla əlavə avadanlıq quraşdırmasını qeyd edilməklə (İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş qeydiyyat şəhadətnaməsindən görünür ki, “VAZ 2103 yük” markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 adına olmaqla yük avtomobili olaraq yəni Pikap kimi qeydiyyatdan keçmişdir. Göründüyü kimi, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən normativ tələblər pozulmaqla, avadanlığın nəqliyyat vasitələrinə quraşdırılmasının hansı normativ aktla qadağan olunması barədə xüsusat aydınlaşdırılmamış, bu barədə inzibati xəta haqqında qərarda hər hansı normativ akta isnad edilməmiş, ümumiyyətlə inzibati xəta haqqında araşdırma zamanı Möhlüd Həmidovun avtomobilinin yük avtoobili kimi olmasına baxmayaraq həmin avtomobili yük yürinə bərkidilmiş təxminən 30-40 sm-də olan çəpərin əlavə avadanlıq kimi müəyyən edilməsinin əsası göstəriməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə araşdırma X2 hüquqları pozulmaqla həyata keçirilmişdir. Belə ki, İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə qərar verilmiş şəxs X2 18 dekabr 2024-cü il tarixdə Şəki Rayon DYPB-də inzibati xəta haqqında qərar qəbul olunarkən barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin iştirakının təmin edildiyi, inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə ona məlumat verildiyi iş materialları ilə müəyyən olunmur. Məhkəmə hesab edir ki, bu hal X2 Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində təsbit olunmuş hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Bu isə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneədir. İşin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı zəruridir. Bundan əlavə qeyd edilməlidir ki, qanunvericilik İXM-in 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini məhkəməyə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etmişdir (İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilən qanunvericilik aktlarını nəzərə alaraq məhkəmə hesab edir ki, İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair qəbul edilmiş qərardan şikayət verildiyi halda, məhkəmə yalnız iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında şikayət verilmiş qərarın qüvvədə olan qanunvericiliyə uyğun olubolmamasını yoxlayır, müstəqil qaydada həmin inzibati xəta haqqında iş üzrə sübutlar toplamaqla faktiki halları araşdırmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 oğlunun İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işin yuxarıda qeyd olunan mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları və ziddiyyətli məqamları araşdırılmadığından 18 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon DYPB-nə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi vəya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Bundan başqa məhkəmə qeyd edir ki, X3 şikayətində əlavə olaraq ona hesablanmış cərimənin də silinməsini də xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş, qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv edilərsə həmi qərarla bağlı müəyyən edilmiş bütün nəticələr də aradan qalxdığından hesablanmış cərimənin silinməsi isə nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. X4 oğlunun Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki Rayon Dövlət X6 inspektoru polis baş leytenantı X5 oğlu tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında 18 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Şəki Rayon Dövlət X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar