Məhkəmə qərarları › İş №3(075)-300/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-300/2022

02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-300/2022 02.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 10 avqust 1980-cı il tarixində Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Çeşməli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 02.06.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki regional “ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 24.09.2020- ci il tarixli, 10824 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 2617,31 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 07.10.2022ci il tarixli, 11396 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 341,13 manat məbləğində pul alınaraq tələbkar “Bank of Baku" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-818/2021 saylı, 06.05.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 cəmi 467,35 manat məbəğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki regional “ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 24.09.2020-ci il tarixli, 10824 saylı icra sənədinə əsasən borclu Şəxsn cəmi 2617,31 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şəki regional “ASAN" xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 07.10.2022-ci il tarixli, 11396 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 341,13 manat məbləğində pul alınaraq tələbkar “Bank of Baku" ASC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)-818/2021 saylı, 06.05.2021-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X1 cəmi 467,35 manat məbəğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bildirmişdir ki, yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq 25.09.2020-ci il, 08.10.2020-ci il və 07.06.2021-ci il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri 02.06.2022-ci il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, homin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqan arına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclu Şəxs ünvanı ünvan 1 borclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu X4 barəsində borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində axtarış işi açılmışdır. 02.06.2022-ci il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borc məbləğindən bu günədək az miqdarda ödəniş etdiyini bildirmişdir. Borclu ötən müddət ərzində Şəki regional '’ASAN'’ xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 24.09.2020-ci il tarixli, 10824 saylı icra sənədi üzrə cəmi 132 manat, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş 07.10.202-ci il tarixli, 11396 saylı icra sənədi üzrə cəmi 70 manat ödəniş etmiş və bununla kifayətlənmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-818/2021 saylı, 06.05.2021-ci il tarixli icra sənədinə əsasən borcdan bugünədək heç bir ödəniş edilməmişdir. Hazırda icra və probasiya şöbəsinin icraatında olan yuxarıda göstərilən icra sənədləri üzrə borclunun ümumi borcu 3223,79 manat təşkil edir. Bununla da icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbayca Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla 31.05.2022-ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmiş və sonra 12:40-da məhkəməyə təqdim edilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki regional “ASAN” xidmət mərkəzində notariat tərəfindən verilmiş 10824 saylı, 24.09.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 2617,31 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə odənilməlidir. Şəki regional “ASAN” xidmət mərkəzində notariat tərəfindən verilmiş 11396 saylı, 07.10.2020-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 341,13 manat məbləğində pul alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə odənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075)- 818/2021 saylı,06.05.2021-ci il tarixli icra sənədinə əsasən ondan və X2 cəmi 467,35 manat məbləğində pul alınaraq tələbkar "xxxx" MMC-nin xeyrinə odənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi imkanı aşağı olduğu üçün icra sənədində göstərilən borcunu tam ödəyə bilməmişdir. Bildirmişdir ki, o, bugünədək icra sənədində göstərilən borcundan 200 manat ödəniş etmişdir. Hazırda Ağcəbədi rayonunda pambıq sahələrində fəhlə kimi işləyir, gündəlik gəliri 12 manat təşkil edir. Bundan başqa gündəlik gəliri yoxdur. Maddi vəziyyəti aşağı olduğu üçün borcunu tam şəkildə ödəyə bilməyəcəkdir. Hər ay bir iş üzrə 30 manat odəniş edə biləcəyini bildirmişdir. İcra məmurunun çağırışlarından xəbəri olmadığı üçün İcra və Probasiya şöbəsinə gəlməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 02.06.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərmişdir ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 02 iyun 2022-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:40-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 02 iyun 2022-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 02 iyun 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 02 iyun 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar